azia.az
azia.az

Ermənistanın xüsusi xidmət orqanları Zəngilandan getdilər

7-11-2020, 12:55


Ermənistanın xüsusi xidmət orqanları Zəngilandan getdilər
Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonu ərazisində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istifadəsində olmuş binaya baxış zamanı bəzi sənədlər, materiallar aşkarlanıb.

Virtualaz.org bildirir ki, həmin materiallar təhlil olunarkən onların arasında Suriya vətəndaşlarına aid siyahı və pasportların surətlərinin olduğu da müəyyən edilib.

Məlum olub ki, siyahıda adları qeyd olunmuş 60 suriyalı erməni (cəmi 19 ailə) işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən aparılmış qanunsuz məskunlaşma prosesində Zəngilan rayonu ərazisinə köçürülüb.

Həmçinin 02.05.1964-cü il təvəllüdlü, Suriya vətəndaşı, Suriyanın Haseke bölgəsinin sakini Baazo Hraj Sepob (pasport: 015-11-L021693), 12.11.1969-cu il təvəllüdlü, Suriya vətəndaşı, Suriyanın Hələb şəhərinin sakini İskandarian Hartion Avadis (Pasport: 004-11-L128622) və 01.01.1962-ci ildə Suriyada anadan olmuş Ermənistan vətəndaşı Kirakos Babkinin (pasport: AM 0709227) adına verilmiş pasportların kserosurətləri də aşkarlanıb...

Azərbaycan hərbçiləri işğaldan azad eydikləti Zəngilanda

Yeri gəlmişkən, bu sensasion məlumatı rəsmi Twitter səhifəsində Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev təsdiqləyib.

Bu fakt uzun illərdir işğal olunmuş Azərbaycan ərazilərindəki demoqrafik vəziyyəti lehinə qanunsuz köçürmə yolu ilə dəyişdirməyə çalışan Ermənistanın davamlı siyasətinin daha bir təsdiqidir.

Erməni hakimiyyət orqanları əslində 1949-cu il Cenevrə Konvensiyasını, habelə Beynəlxalq Cinayət Məhkəməsinin hərbi cinayət kimi qiymətləndirilən nizamnaməsini, hansı ki, "mülki əhalinin bir hissəsinin işğalçı dövlət tərəfindən birbaşa və ya dolayı yolla işğal olunmuş əraziyə köçürülməsini" hərbi cinayət kimi tanıyır, kobud şəkildə pozub. Azərbaycan tərəfi, işğal olunmuş əraziləri "almanlaşdırmaq" cəhdinə görə iki nasist cinayətkarı mühakimə edən Nürnberq Beynəlxalq Hərbi Tribunalının qərarını hüquqi presedent kimi göstərir.

Ancaq ən təəccüblü olanı budur ki, Ermənistan Respublikası Cinayət Məcəlləsinin 390-cı maddəsinə görə, yerli əhalinin işğalçı ölkə tərəfindən çıxarılması və bu ərazinin vətəndaşları tərəfindən məskunlaşdırılması beynəlxalq humanitar hüququn ciddi pozuntusu hesab olunur və bunun üçün 8 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulur.

Rəsmi Bakı uzun illərdir ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilərin qanunsuz məskunlaşmasının hər bir halını izlədiyini, heç vaxt və heç bir halda Azərbaycan Respublikası tərəfindən tanınmayacağını vurğulayıb.

Hərçənd, heç bir şey olmamış kimi, soydaşlarını işğal altındakı Azərbaycan torpaqlarında yerləşdirməyə davam edən, bununla bağlı açıqca sinizmə qapılan Yerevan siyasətini dəyişdirmədi, 2020-ci ilin sentyabrında “Livan xalqına humanitar yardım” göstərərək partlayışın qurbanlarını Azərbaycan xalqının mənəvi ürəyi sayılan Şuşada məskunlaşdırdı. Özü də Livan ermənilərinin ailələri Azərbaycana yox, Ermənistana göndərilmişdilər!!!

Və sonuncusu...

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "... cihadçıların Yaxın Şərqdən Dağlıq Qarabağa köçürülməsi" ilə əlaqədar narahatlığını ifadə edərək, bunun "... Qafqazda bir terror anklavının ortaya çıxmasına səbəb ola biləcəyini" söyləyib.

Azərbaycan tərəfində döyüşən mifoloji "iki min cihadçı" ilə bağlı polemikaya girmədən xanım Zaxarovaya sual vermək istərdik: sizin fikrinizcə, işğal olunmuş Azərbaycan ərazilərinin Suriyadan, Livandan, Misirdən, İraqdan, Kürdüstandan və digər Yaxın Şərq ölkələri və muxtariyyətlərindən olan etnik ermənilər tərəfindən qanunsuz məskunlaşdırılması nəyə gətirib çıxara bilər? Doğrudanmı Smolensk meydanında da çoxdan və narahatlıqla gözlənilən Qafqazda sülh və əmin-amanlığa?..

Afa Babayeva
Ermənistanın xüsusi xidmət orqanları Zəngilandan getdilər
Ermənistanın xüsusi xidmət orqanları Zəngilandan getdilər
Ermənistanın xüsusi xidmət orqanları Zəngilandan getdilər
Ermənistanın xüsusi xidmət orqanları Zəngilandan getdilər
Ermənistanın xüsusi xidmət orqanları Zəngilandan getdilər
Ermənistanın xüsusi xidmət orqanları Zəngilandan getdilər


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi