azia.az
azia.az

Azercell abunəçilərinə hədiyyə balans qazandırır! Lider mobil operator “Paylaş-Qazan” proqramını təqdim edir!

24-09-2020, 16:53

Azercell abunəçilərinə hədiyyə balans qazandırır!  Lider mobil operator “Paylaş-Qazan” proqramını təqdim edir!

Azia.Az xəbər verir ki, Ölkənin ən çox seçilən mobil operatoru “Azercell Telekom” MMC daha bir ilkə imza ataraq yerli bazara yeni “Paylaş-Qazan” proqramını gətirir. Regionda bu xidməti ilk təqdim edən Azercell, “Kabinetim” tətbiqinin imkanlarını növbəti dəfə genişləndirir və abunəçilərinə hədiyyə balans qazanmaq üçün unikal imkan yaradır.

Beləliklə, sentyabr ayının 18-dən etibarən mobil operatorun abunəçiləri “Kabinetim” tətbiqində “Paylaş” düyməsi vasitəsilə Azercell-in rəqəmsal xidmətlərini dostarına tövsiyə edərək bonus balans əldə edirlər. Bunun üçün yeganə şərt isə dostlarının təklifdən yararlanaraq, “Kabinetim”lə gələn bildiriş üzərindən müvafiq xidmətə abunə olmasıdır.

Azercell tətbiqlərini paylaşan abunəçilər “BluTv” və “ivi” xidmətlərinə hər bir yeni abunəlik üçün 1 AZN, “Kabinetim” tətbiqinə hər uğurlu tövsiyə üçün 0.10 AZN bonus balans qazanırlar!

Ən əsası isə lider mobil operator bonusların sayını məhdudlaşdırmır. Şirkətin həm Fakturalı, həm də Fakturasız xətt istifadəçiləri Azercell tətbiqlərini gün ərzində məhdudiyətsiz sayda dostları ilə paylaşıb, bonusları istənilən istiqamətdə istifadə edə bilərlər!

Azercell-dən “Kabinetim”lə hədiyyə balans qazanmaq fürsətini qaçırma! Dostlarınla faydalı tətbiqləri paylaş ki, balansını Azercell artırsın! Əlavə məlumat üçün https://www.azercell.com/az/personal/services/partner_services/referal/ səhifəsinə keçid etməyiniz xahiş olunur.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir. Azercell nüfuzlu “STEVIE 2020” müsabiqəsində yüzlərlə təşkilat arasında “İlin telekommunikasiya şirkəti” adını qazanıb, bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl mükafatı əldə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi