azia.az
azia.az

Ağdaşın icra başçısı əmlaklarını satır

23-05-2020, 15:00

Ağdaşın icra başçısı əmlaklarını satır
Bu yaxınlarda aktualxeber.az saytında Ağdaş RİH başçısı Tofiq İbrahimovun qanunsuz əməlləri barədə bir neçə tənqidi məqalə dərc etmişdik. Məqalələrdə qeyd olunurdu ki, o, Ağdaşa başçı təyin olunduqdan sonra qanunsuz yollarla topladığı sərvətinin sayı-hesabı bilinmir və Tofiq İbrahimovun başı ancaq var-dövlət yığmağa, biznes qurmağa qarışdığı üçün rayon baxımsız qalıb.
Rayonun o kəndi yoxdur ki, T.İbrahimov torpaq sahələrinə əl qoymasın. Sakinlərə məxsus örüş yerləri zəbt olunub, orada qanunsuz olaraq əkin işləri aparılıb. Hansı ki, qanuna əsasən örüş yerlərini təyinatı dəyişmədən əkmək olmaz. Onun qanunsuz yolla əldə etdiyi sərvətlərinin sayı isə bilinmir. İcra başçısı Ağdaşın Dəhnə kəndində 2000 başlıq camış ferması və 200 hektar torpaq sahəsi, həmin kənddə 10 hektar meyvə bağı, Şor Dəhnə kəndində 31 hektar meyvə bağı, Şəmsabad kəndində 200 hektar yonca sahəsi, Tofiqi kəndində 250 hektar arpa sahəsi, balıq gölləri, Mürsəl kəndində 200 hektar çəltik sahəsi, Türyançayın Ağdaş ərazindən keçən hissəsində 4 yerdə daş-qum-çınqıl karxanası, rayonun Zeynəddin kəndində hər həftənin 6-cı günləri işləyən mal bazarı, rayon mərkəzində 2 yerdə böyük tikinti materialları ticarət mərkəzi, 80 ədəd böyük yük avtomobilləri, Ağdaş şəhərində 2 yerdə möhtəşəm villası, Bakı şəhərində 21 yerdə villa və mənzillər, Qəbələ rayonunda isə 3 villası, 1 şadlıq evi, 3 restoranı, 1 Yanacaqdoldurma Məntəqəsi, 2 İstirahət güşəsi, 100 hektar fındıq bağları, ən əsası isə övladlarının adına sənədləşdilimiş Londonda mülkləri, Türkiyədə otel, villalar və mənzillərə sahibdir.Tofiq İbrahimov qeyri-qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da rayonda sahibkarlara, fermerlərə qənim kəsilib. Hansı kənddə ona məxsus ferma, əkin sahəsi və bağlar varsa həmin kəndlərin camaatı zəlil olub. Su üzünə, örüş üzünə həsrət qalıblar.Kənd sakinlərinə verilən suvarma suyu ancaq onun sahələrinə verilir.Örüş yerləri zəbt olunub deyə mal-qara örüşsüz qalıb. Ağdaşda bələdiyyələrin, icra nümayəndələrinin və idarə müdirlərinin işi ancaq T.İbrahimovun biznesini idarə etmək, ona haqq yığmadır. Ağdaş rayon sakinləri Tofiq İbrahimova kimi yaxşı dolanırdı, kəndlilər təsərrüfatlardan gəlir götürürdü, sahibkarlar düzgün pul qazanırdılar. Yerli sakinlər Prezident İlham Əliyevdən xahiş edirlər ki, bu biznesmen, talançı icra başçısının qara əməllərini araşdırıb onun barəsində ciddi tədbirlər görsün.
Aktualxeber.az-a yeni daxil olan məlumata görə bir neçə rayonun icra başçısı həbs olunduqdan sonra qorxuya düşən Ağdaş RİH başçısı Tofiq İbrahimov bütün əmlaklarını satışa çıxarıb. Tezliklə cəzalanacağını hiss edən icra başçısı ona məxsus olan hər şeyi dəyər-dəyməzinə satıb qaçmaq istəyir. Amma onun bu fikrini bilən yerli sakinlərdən heç kim bu əmlakları almaq istəmir. Çünki onların haram pullarla alındığı və tezliklə müsadirə oluna biləcəyi hamıya məlumdur.
Qarşı tərəfi də dinləməyə hazırıq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi