azia.az
azia.az

Cavid Qurbanov: "Ölkəmizin uğurlu inkişafı, nəqliyyat infrastrukturundan asılıdır

6-05-2020, 18:14

Cavid Qurbanov: "Ölkəmizin uğurlu inkişafı, nəqliyyat infrastrukturundan asılıdır"
Cavid Qurbanov: "Ölkəmizin uğurlu inkişafı, nəqliyyat infrastrukturundan asılıdır

Hörmətli oxucular, son zamanlar bəzi mətbuat orqanlarında Azərbaycan dövlətinə, onun dünya dövlətləri içərisində özünün inkişaf mövqeyinə xələl gətirən qərəzli, xəyanətkar yazıların dərc edilməsi müşahidə olunur. Azərbaycanın belə sürətlə inkiçaf etməsini görmək istəməyənlər azmış kimi, dövlətin qüdrətlənməsində fədakarlıqla, vicdanla çalışan bəzi dövlət məmurlarının ünvanına həqiqətəuyğun olmayan yalan və böhtan yağdırmaqda davam edirlər. Belə dövlət məmurlarından biri də Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qəmbər oğlu Qurbanovdur. Mən bir mətbuat işçisi kimi, Cavid Qurbanov haqqında deyilən və yazılan fikirlərin müəlliflərinə aşağıdakıları çatdırmaq istərdim.


Xatırladım ki, Cavid Qurbanov Misgil Abdalın kötücəsi, aşıq Qurbanın nəticəsi, Dədə Şəmşirin nəvəsidir. Kəlbəcər elinin ağsaqqalı Azərbaycanımızın tanınmış ziyalısı Qəmbər müəllimin oğludur. Belə bir tanınmış nəslin nümayəndəsi haqqında səsləndirilən qərəzli fikirlər heç vaxtı Cavid Qurbanovun adına ləkə gətirə bilməz. Bilənlərə və bilmək istəməyənlərə xatırladım ki, Cavid müəllim o Caviddir ki, 1988-1993-cü illər ərzində müharibə şəraitində yaşayan Kəlbəcər əhalisinin yeganə çıxış yolu olan Murov dağının sıldırım zirvələrini yardıraraq 60 minlik əhalinin mühasirədən çıxarılması üçün açılan yolun yeganə müəllifidir. Həmçinin Cavid müəllim rəhbərlik elədiyi Azəryolservizin bütün texnikaları və işçi qüvvəsi ilə 1993-cü ilin aprelində qarlı boranlı bir dəhşətli vaxtda insanların xilas olmasında əsl fədakarlıq göstərən bir insandır. Kəlbəcər əhalisi yaxşı bilir ki, Cavid müəllimin atası Qəmbər müəllim uzun müddət Kəlbəcər rayonunda müxtəlif məsul vəzifələrdə çalışıb. Bu bir həqiqətdir ki, Qəmbər müəllim İşlədiyi dövrlərdə kəlbəcərlilərin dərin hörmətini qazanmışdır. Xatırladım ki, Cavid Qurbanov bir neçə dəfə Kəlbəcər rayonundan Millət vəkili seçilib. Deputatlıq dövründə daima seçicilərinə diqqət göstərmiş, imkansızlara əl tutmuş, ağsaqqallara ata, ağbirçəklərə ana deyə, müraciət etmişdir. Cavid müəllimin uğurlu əmək fəaliyyəti göz qabağındadır, bunu ölkəmizin birinci şəxsi cənab prezidentimiz dəfələrlə öz çıxışlarında səsləndirib. Cənab prezidentin çıxışlarındakı bir məqamı sizə xatırlatmaq istərdim. İlham Əliyev: “Azərbaycan Dəmir Yolları yeni inkişaf yoluna qədəm qoyur” . Bəli, bu fikirləri şəxsən cənab prezident səsləndirib.


Ölkə rəhbərinin bu sözləri bizlərə çatmırmı, bu inkişafı bizlər görmürükmü. Cavid müəllimin işinə və əməyinə cənab prezidentimiz tərəfindən verilən yüksək qiymət, onun Şöhrət ordeni ilə təltif edilməsidir. Bunları görməzlikdən gəlməyin. Hörmətli həmkarlarım, gəlin həqiqətə ləkə gətirməyək . “Görünən dağa nə bələdçi” ,misalını tapdalamayaq, ağa qara, qaraya ağ deməyək, düzü düz, əyrini əyri kimi qələmimizə çinel edək. Yalan məlumatı yayanlar isə insanlar arasında məqsədli şəkildə çaşqınlıq yaradırlar. Söz, mətbuat azadlığı üçün yaradılan şəraitdən sui istifadə etmək heç bir KİV-in adına hörmət gətirməz.
Onu da qeyd edim ki, Cavid Qurbanov Dövlət başçısının etimadı ilə 2015- ci ildə “Azərbaycan Dəmir Yolları” QSC-nə rəhbər təyin olunub və burada əsaslı islahatlar aparılmasına, iş əmsalının artmasına, bu məsuliyyətli sahənin imicinin möhkəmlənməsinə nail olub. Və sonda sizin nəzərinizə çatdırmaq istərdim ki, Cavid Qurbanov Kəlbəcər elinin fədakar oğlu, Dədə Şəmşirin nəvəsidir.

Tural Kəlbəcərli,
“Ağdabanın səsi” və “102-ci” qəzetin baş redaktoru

Cavid Qurbanov: "Ölkəmizin uğurlu inkişafı, nəqliyyat infrastrukturundan asılıdır


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi