Cavid Qurbanov ad gününü belə qeyd etdi: Qatar tort, skripka ... (VİDEO)
"Məmur prezidentin tapşırığına niyə əməl etmədi?
Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanov avqustun 19-da 60 yaşını qeyd edib.
Azia.az BakuPost-a istinadən xəbər verir ki, qurumun işçiləri C. Qurbanovun yubileyi ilə əlaqədar ona sürpriz ediblər. "Azərbaycan Dəmir Yolları"nda təşkil olunan sürpriz ad günü məclisinə gələn deputat təəccüblənərək hamıya təşəkkür edib.
Onun ad günündən çəkilən videoçarx internetdə də paylaşılıb. Görüntülərdə QSC əməkdaşlarının böyük qatar formasında tort hazırlatdırdığı görünür.
Həmin görüntüləri təqdim edirik:
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanov avqustun 19-da 60 yaşını qeyd edib.
BakuPost xəbər verir ki, qurumun işçiləri C. Qurbanovun yubileyi ilə əlaqədar ona sürpriz ediblər.
"Azərbaycan Dəmir Yolları"nda təşkil olunan sürpriz ad günü məclisinə gələn deputat təəccüblənərək hamıya təşəkkür edib.
Cavid Qurbanovun ad günündən çəkilmiş görüntüləri təqdim edirik:
Onun ad günündən çəkilən videoçarx internetdə də paylaşılıb.
Mövzu sosial şəbəkələrdə də müzakirəyə səbəb olub. Bir çoxları qeyd edir ki, Cavid Qurbanov prezidentin tapşırığına əməl etməyib.
Görüntülərdə isə QSC əməkdaşlarının böyük qatar formasında tort hazırlatdırdığı görünür.
Xatırlatma
Prezident İlham Əliyev isə 2013-cü ildə Nazirlər Kabinetinin iclasındakı çıxışlarının birində məmurlara xəbərdarlıq etmiş, onları dəbdəbəli ad günləri, yubileylər keçirməməyə çağırmışdı:
"Özləri üçün təmtəraqlı toylar, yübileylər düzəldirlər. Mən öz 50 illiyimi Ağcabədidə köçkünlərlə keçirtmişəm. Bu mənim təbiətimdir. İkincisi yol göstərirəm. Belə olmaq lazımdır.Təmtəraqlı toylar, ad günüləri, bahalı hədiyyələr. Bunu yığışdırın, bəsdirin. Kim bunu edirsə, o bilir mən kimi nəzərdə tuturam. İcra hakimlərinin övladları xalqı təhqir edirlər, kim onlara bu statusu verib? Onların güvəndiyi adamları mən təyin etmişəm, mən də çıxaracağam, lazım bildikdə. Əgər bilsəm ki, kiminsə ailə üzvü, hardasa xuliqanlıq edib, nadanlıq edir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq".