azia.az
azia.az

Mirşahin Cümşüd Nuriyevi belə müdafiə etdi - VİDEO

2-12-2019, 12:37

Mirşahin Cümşüd Nuriyevi belə müdafiə etdi - VİDEO
Mirşahin Cümşüd Nuriyevi belə müdafiə etdi. REAL TV-nin rəhbəri Mirşahin Ağayev müəllifi olduğu "Mir Şahinin vaxtı" verilişində sabiq millət vəkili Cümşüd Nuriyevi müdafiə edib."Qafqazinfo" xəbər verir ki, o, Cümşüd Nuriyevin AzTV-də qadınlarla bağlı səsləndirdiyi fikirləri şərh edib. Mirşahin Ağayev çıxışında bildirib ki, C.Nuriyevin kontekstdən çıxarılmış bir fikri kütləvi lənət, təhqir və təhdidə səbəb olub:"Cümşüd Nuriyevi ittiham etməyə başladılar ki, guya Qarabağda döyüşən qadınları təhqir edib. Əslində isə söhbət Xanım Xəlilova adlı bir qadının başına toplanmış, qara güruhbaşıların lazım olduqda siyasi sapand kimi istifadə etdiyi qüvvədən gedirdi. Yeri gəlmişkən, elə həmin Xanım Xəlilova Elçibəy hakimiyyətinin ayrı-ayrı üzvlərini kişiciklər adlandırmaqdan çəkinmirdi".M.Ağayev efirdə Xanım Xəlilova və 1992-ciü ildə parlament binasının qarşısına toplaşan qadınlarla bağlı arxiv görüntüləri təqdim edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi