azia.az
azia.az

Qəzada ölən arvadını iki il sonra televiziyada gördü şok oldu - Görün nə baş verdi

11-06-2019, 08:41

Qəzada ölən arvadını iki il sonra televiziyada gördü şok oldu - Görün nə baş verdi
Arvadının yol qəzası nəticəsində öldüyünü düşünən adam, iki il sonra televiziya proqramında arvadının yaşadığını öyrənincə şok keçirdi.
Azia.az bildirir ki, Fasın Benı Mellal-khenifra bölgəsinin Azilal qəsəbəsində yaşayan Abragh Məhəmməd adlı adam yol qəzası keçirən arvadını Kazablankada bir xəstəxanaya qaldırdı. Kədərli ərə, arvadının vəziyyətinin ağır olduğunu söyləyən həkimlər müalicəyə davam edəcəklərini lakin çox ümidli olmaması lazım olduğunu söylədi. Həkimlər həmçinin müalicə xərclərini ödəməsi üçün adama faktura verdi. Abragh Məhəmməd, müalicə ödənişini qarşılamaq üçün xəstəxanadan 4 saat yol məsafəsində olan Azilalə döndü. Müalicə fakturasının puluyla xəstəxanaya dönən Məhəmmədə həkimlər arvadının öldüyünü söylədi.
Arvadının kəfənə bükülmüş və tabuta qoyulmuş cənazəsini alaraq Azilalə dönən ər, burada yoldaşını dəfn etdi. Cənazə mərasimindən iki il sonra, 'İtənlər' (Al Mujtafun) adlı məşhur televiziya proqramına öldüyü düşünülən qadın canlı telefon bağlantısı ilə qatıldı. Telefondakı qadın, əri ilə əlaqəni itirdiyini bildirib, adını və daha əvvəl yaşadıqları ünvan məlumatlarını açıqlayıb.

Yayımlanan proqramı izləməyən dul ərə qohumları və yoldaşları şok edici xəbəri verdi. İspan mətbuatına danışan Məhəmməd, "Gömdüyümüz cənazənin başqasına aid olduğunu bilmirdim. Arvadımın həyatda olduğunu da bilmirdim." sözləriylə yaşadığı qarışıqlığı ifadə etdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi