azia.az
azia.az

ABŞ-Ermənistan arasındakı sazişi Azərbaycanın uğursuzluğu kimi təqdim edənlərə...

Dünən, 22:45

Samir Feyruzov

Ermənistanın Rusiyadan qopması Azərbaycanın strateji maraqlarına tam uyğundur. Ermənistanın himayədarının Rusiya olması daha təhlükəli idi. Bir müddət sonra İrəvan regional birliyin təzyiqi altında qalacaq. 
Bəzi yerli siyasi təşkilatlar Ermənistanla ABŞ arasında bağlanan strateji mütəffiqlik sazişinin imzalamasını Azərbaycanın uğursuzluğu kimi təqdim edirlər. Əslində isə Azərbaycan xarici siyasətinin bugünkü konturları təhlükəsizlik konsepsiyamıza tamamilə uyğundur. 
Bu yerli təşkilatlar 2003-cü ildən etibarən İlham Əliyevin Qarabağı azad edə bilməyəcəyini bildirirdilər. Amma fərqli nəticə gördük.
2003-cü ildən Əliyevi hərbi ittifaqlara meyl etməməkdə, tərəfsizlikdə ittiham edirdilər. Bu tərəfsizlik vaxtilə həmin təşkilatların media resurslarında “balanslaşdırılmış siyasət” adı altında lağ edilirdi. Lakin sonrakı mərhələdə proseslər göstərdi ki, Qarabağın azad edilməsinin strateji səbəblərindən biri Azərbaycanın heç bir hərbi ittifaqa üzv olmaması və tərəfsiz qala bilməsi imiş. 
2022-ci ildə Rusiya-Azərbaycan arasında imzalanan Müttəfiqlik Bəyannaməsindən sonra rus sülhməramlı qüvvələrinin Azərbaycanda birdəfəlik qalacağı istiqamətində “mötəbər” şərhlər verirdilər. Rusiya sülhməramlıları da ölkədən çıxarıldı, həm də vaxtından əvvəl. 
Dünənə qədər həmin təşkilatların rəhbərləri Əliyevin Putindən asılı olduğunu qeyd edirdilər. Amma 2024-cü il dekabrın 25-də Azərbaycana məxsus təyyarənin vurulmasından sonra Əliyevin prinsipial mövqeyi, Putinin Əliyevdən üzr istəməsi, bu üzrxahlığın dünya mediasının manşetinə çevrilməsi, Əliyevin növbəti və haqlı tələbləri fərqli mənzərəni ortaya çıxarmış oldu. 
Bu təşkilatlar 20 ildir Azərbaycanın xarici siyasət kursunu yanlış təhlil edirlər. Guya Azərbaycan Rusiya və ABŞ arasında seçim etməlidir. Əslində belə bir seçim yoxdur. Rusiya Azərbaycanın qonşusudur, Azərbaycan da qarşılıqlı və mehriban qonşuluq siyasətinin qurulmasında maraqlı olub və buna nail olmağı bacarıb. Burnumuzun dibində yerləşən Rusiya imperiyasına qarşı heç bir propoqandada yer ala bilmərik. Əgər bu propoqandada NATO-nun ən böyük güc mərkələrindən biri, Azərbaycanın isə əsas strateji müttəfiqi olan Türkiyə yer almadısa, biz nə üçün yer almalı idik?
ABŞ-la da münasibətlərin pozitiv istiqamətdə davam etdirilməsinə çalışdıq. Amma ABŞ Azərbaycanda inqilablar həyata keçirməyə, ölkənin bütün ictimai-siyasi təbəqəsini qrantlarla ələ almağa, bu təbəqəni öz ölkəsinə qarşı səfərbər etməyə cəhdlər etdi. Qrantlarla ikinci Gürcüstan yaratmağa təşəbbüs... Azərbaycan üçün başqa seçim qoymadı, sanki böyük pullarla “mina”lar basdırmaqla Azərbaycana qarşı təzyiq bazası formalaşdırıb. Yəni, ABŞ-ın davası demokratiya, insan hüquqları məsələləri deyil. Bu gün Rusiyada oturub Azərbaycanın dövlət suverenliyinə qarşı çağırışlar edən bircə adam yoxdur (mövsümi istisnalar olmaqla), amma Qərb ölkələri belələri ilə doludur və onları da həmin ölkələrin xüsusi xidmət orqanları himayə etməkdədir. Bütün bu baş verənlərdən sonra və əgər 20 ildir Əliyevi tənqid edən yerli siyasi təşkilatlar hələ də ölkənin kursunun hansı istiqamətdə qurulduğunu müəyyənləşdirə bilməyiblərsə, bundan sonra da çətin anlasınlar.
Ramiz Mehdiyevi Rusiyanın adamı olmaqda ittiham edən yerli siyasi təşkilalar deyə bilərlərmi ki, o, işdən çıxarılanda sonra nə üçün bircə dəfə də olsun mitinq keçirə bilməyiblər? Bəlkə elə bu mitinqləri keçirilməsinə şəait yaradan Mehdiyev idi və hakimiyyətdə özünün ehtiyac limitini artırırdı?! Bəs, Qərb prosesin harasında idi? Maliyyə Qərbin, kurasiya Rusiyanın? Qısası, Mehdiyevdən sonra da pul oldu, amma oynamağa yer olmadı. 
İndi Ermənistanla ABŞ arasında bağlanan sazişi Azərbaycanın məğlubiyyəti kimi təqdim etmək nə dərəcədə məntiqlidir?
Heç şübhəsiz, bu saziş erməni ideologyası üçün dopinq rolunu oynaya bilər. Axı biz təkcə Qarabağ azad etməmişdik, həm də yüz illərdir davam edən erməni ideologiyasını da tarixin arxivinə göndərmişik. Bayden administrasiyası yanvarın 20-si yola salınır, amma tələsirlər. Belə ki, ABŞ gələn həftə “sərhəd təhlükəsizliyini gücləndirmək məqsədilə” Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərəcək. ABŞ bu sazişlə “907-ci düzəliş”i yeni formatda dizayn edir. Amma dövr o dövr deyil. Olsun, lakin bu təkcə bizim yox, həm də Rusiya və İranın məsələsidir. Rusiya heç yerə tələsmir, ABŞ-ın 20 il birtəhər əlində saxladığı Gürcüstan Rusiyanın nəzarətinə keçib. İrandan hələki konkret mövqe görmürük. Ermənistan isə manevrlərlə məşğuldur, Avropa İttifaqına üzvlüklə bağlı prosedurlar aparır, ABŞ-la, Fransa ilə strateji təhlükəsizlik müqavilələri bağlayır. Ermənstan nədən qorxur, yaxud nəyə hazırlaşır? 
ABŞ-ın addımları Ermənistanı sülhə yox, müharibəyə təşviq edir. 
Əvvəla, Azərbaycan Trapın birinci prezidentliyi dövründə torpaqlarını işğaldan azad edib. Əliyev çıxışlarının birində yeni administrasiya ilə münasibətlərin pozitiv şəkildə qurulacağı ilə bağlı fikirlər ifadə edib. Trampın Baydenin Ermənistanla bağlı tələsik qərarlarını icra edəcəyi də sual altındadır. Digər tərəfdən, Azərbaycanla bağlı isə başqa yol yoxdur, Azərbaycan-ABŞ arasında enerji və təhlükəsizliklə bağlı münasibətlər davam edəcək. Bu davam edəcəksə, deməli, digər məsələlərdə də razılaşma əldə olunacaq, tələblər və razılaşmalar qarşılıqlı şəkildə həyata keçiriləcək. Bir neçə gündən sonra isə Rusiya ilə İran arasında strateji sənəd imzalanacaq. Bundan sonra və tədricən region ölkələrinin münasibətlərində ciddi korrektələr ola bilər. Gec-tez “3+3” layihəsi da reallaşacaq və bütün əhəmiyyətli risklərə baxmayaraq, heç bir region ölkəsi bundan kənarda qala bilməyəcək. 
Eyni zamanda, regionda əsas düyün nöqtəsi Erməsnistanın sülhdən yayınmasıdır. Əgər Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi imzalanacaqsa, regionun taleyinə kifayət qədər aydınlıq və sabitlik gələ bilər. ABŞ bunu bilir, ona görə də Rusiyanın ətrafının aydınlanmasını, konfliklərtin rəsmən başa çatmasını istəmir. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi