İnterpol daha bir azərbaycanlı şəxs barədə axtarış elan edib.
Trend-in verdiyi məlumata görə, 1982-ci ildə Bakı şəhərində anadan olan Ruslan Abduləzimzadə qəsdən sağlamlığa xəsarət yetirməkdə təqsirləndirilir.
R.Abduləzimzadə istintaqdan yayındığı üçün Azərbaycanın məhkəmə orqanı tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib və axtarışa verilib. Həmin qərar əsasında da İnterpol R.Abduləzimzadə barəsində beynəlxalq axtarış elan edib.