Bolqarıstanda əyləncə mərkəzi boşaldılıb
Bu gün Bolqarıstanın Svilenqrad şəhərində özəl bir əyləncə mərkəzi bomba xəbərdarlığı ilə əlaqədar boşaldılıb.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, türkiyəli müğənni Sərdar Ortaçın konsert verməsi planlaşdırılan əyləncə mərkəzi müğənninin səhnəyə çıxmasına bir neçə dəqiqə qalmış həyəcan siqnalı ilə boşaldılmağa başlanıb.
Yüzlərlə polis əyləncə mərkəzinin yerləşdiyi bölgəyə göndərilib, təhlükəsizlik tədbirləri görülür. Bolqarıstan hakimiyyəti əyləncə mərkəzində bomba olması barədə məlumatın hansı mənbədən daxil olduğunu hələ açıqlamayıb.