Vətəndən ayrı düşən övladım, qayıt vətənə!
Azərbaycan mənim üçün ikinci anamdı bəlkədə deyərdim ki birincisidir hələ mən uşaqlıq illərimdə doğulub boya başa catdığım iki qardaşı biri birindən ayıran Araz çayının qədim oguz elində Zəngi çayı ilə qovuşduğu mahalda olarkən yaşadığım torpaqları ermənilər tərəfindən zəbt olunduğunu anlayırdım buna baxmayaraq bizim qəsəbəmızə ermənilər gəlməyə qorxurdular. Indi isə bizim ürəyimiz olan dağlıq qarabağda at oynadırlar bizim bunlara dözməyə haqqımız yox? Şuşa qarabağın gözüdür?.
Şuşa kimi milyardlarla sərvətin olduğu şəhərin qapıları qarşısında illərdən bəri zəfər quşunun qanadını yaxalamaq istəyən Azərbaycan nizami ordusuna: Ürəkaçan bu gözəl şəhəri əgər biz azad etməsək, Azərbaycan və ordusunun şərəfini indi içində olduğumuz xəndəklərdə basdıracağıq. Əgər biz bu sərvət şəhərini ələ keçirməsək, sevgili böyük vətənimizə ən qiymətli bir hədiyyəni vermək fürsətindən məhrum olacağiq. Şuşa şəhərini işğaldan azad etməsək Türkün qəlbinə saplanmış olacaq zəhərli xəncərin üzərinə "eyvah, Türk bizə imdada gəlmədi" cümləsi yazılacaqdır!
Fəryad edə Şuşa ağlayacaqdır. Əgər biz bu böyük İslam şəhərini zalım hiyləgər düşmənimiz olan ermənilərdən təmizləməsək özumüzü necə bağışlaya bilərikmi mənə elə gəlirki damarında Azəri Türkünün qanını daşıyanlar bunu özlərinə bağışlamazlar. "Allah" deyənlərin varlığını ortadan qaldıran və qaldırmaq istəyən düşmənlər bizi öndən və arxadan əhatəyə alacaq, qıcırdılmış dişlər, yeni zülmlər üçün itilənmiş olacaqdır. Əgər biz dəmir borulardan dünyaya var-dövlət axıdan və dünyanın tərəzisində çox ağır yer tutan gələcək olan bu dövlətin bir bölgəsini itirmək, tarixin hüzurunda utancla yerə baxacağiq . Və bu gün dost-düşmən məmləkətlərində, ən kiçik bir evdə, ən adi adamların belə dillərində gəzən Şuşa şəhəri nağılı türklərin məğlubiyyəti ilə bitmiş olacaqdır. O zaman özümüzü bagışlaya bilərikmi?
. Dostlar belə bir itkidən doğan üzüntülərini gizlətməyəcəklər. Ey Azərbaycan orgusu himində oxuduğun Ey şanlı vətən Azərbaycan Can Azərbaycan sözləri ilə ruhlan ki Şuşada` sənin üçün hazırlanan süfrələr qonaqsız qalmasın, sənin üçün tikilən paltar düşmənə qalmasın. Sənə verilən vədlər yerinə yetirilməyənəcən sənin ayağın altında kəsilməli olan qurbanlar düşmənə qalacaq. Sənin üçün olan sərvətı düşmən qarət edəcək. yenə də mübarək İslam qanları qızıl şərab kimi vəhşi işgəncələrlə axıdılacaqdır. Sənin zəfərin üçün dunyaya açılan əlləri zalımlar kəsəcəkdir. Əgər sən bu sarı işıqlı şəhəri almasan, qadınlar saçlarını yolacaq, ağıllarını itirəcəklər. İndiyə qədər axan qanlar boş yerə axmış olacaq. Sən də bu tozlu-torpaqlı yerlərdə pərişan və səfil dolaşacaqsan…
Bu dəfə yazımı Ustad Seyyid Məhəmmədhüseyn ŞƏHRİYARIN
Divani-Türki kitabından bir misra ilə bitirmək istəyirəm.
Vətəndən ayrı düşən övladım, qayıt vətənə!
Qayıt ki, göz yola tikmiş anan qayıtdı sənə.
“ Söz Azadlığı” qəzetin Baş redaktoru:
Nazim Cəmiloğlu.