azia.az
azia.az

İnsanlığı xilas edən sular pərisi

12-08-2016, 15:10

İnsanlığı xilas edən sular pərisi
16 yaşı var idi böyük yarışlara qatılanda çox gözəl üzürdü. Sanki bir balıq çevikliyi ilə dalırdı suyun ağuşuna. Gözəl sifəti, bədəni suda özünəməxsus olurdu bu su pərisinin. Doğulduğu, böyüdüyü yer Şam şəhəri idi. Bəli, o indi dağıdılmış, xarici və daxili hücumlara məruz qalan Suriyadan idi. Ya bu onun şansı idi, ya şanssızlığı. Heç istəməzdi vətənini elə görmək,insanlarının elə vəziyyətə düşməsini. Hamı kimi istəməzdi. Qan ağlayırdı ətrafında həm yer, həm göy, həm ölü, həm diri. Çox körpə yaşlarından vətəni artıq müharibə ocağı olan Yusra Mardini çox çətin vəziyyətdə böyüyürdü Suriyadakı digər körpələr kimi. Bir uşaq üçün bunlara şahid olmaq çox dəhşətli idi. Lakin Suriyada on minlərlə uşaq bunu yaşayırdı. Bəziləri öldürülürdü ölümü dərk etmədən. Uşaqlıqlarını yaşamadan ölürdülər, böyümədən öldürülürdü orada körpələr. Yusra Mardinidə belələrindən idi.

Yusra Mardini Suriya Olimpiyada komitəsinin dəstəyi ilə 2012- ci ildə “Dünya Qısa məsafəyə üzmə” yarışmasında iştirakçı oldu. Amma artıq Suriyada yaşamaq mümkünsüz olmuşdu. Evlərinin dağıldıqdan sonra bacısı ilə birlikdə bir çoxları kimi çarəni getməkdə görən suriyalılarla onlar da ölkədən getməyi qərara aldılar. 18 yaşına çatmış Mardini bacısı ilə gedən miqrant dəstəsinə qoşuldular. Səfərləri əsnasında müxtəlif ölkə və şəhərlərdən keçən dəstə bir çox problemlərlə qarşılaşmışdılar. Lakin İzmirdə Yunanıstana gedərkən qayıqlarının dənizin ortasınsa nasazlaması onlar üçün son idi. 20 nəfərlik dəstə hər şeyin bitdiyini düşünürdü. Suyun ortasında az azuqə ilə sanki ölümlərini gözləyirdiər. Soyuq su,soyuq hava, göz itənəcən hər tərəfdən həm suyun, həm səmanın mavisi insanı ürküdürdü. Sanki yerlə göy birləşirdi. Mavi səmanın bulud duman örtürdü çox vaxt. Belə havada dənizin ortasında qalmaq çox dəhşədli idi. Mardini həm 18 nəfərə, həm ucsuz bucaqsız dənizə, həm də bacısına baxıb çox pis hislər keçirirdi. Əslində dənizdən, sudan heç qorxmurdu. Həmişə sular ona qüvvət vermişdi. Amma su üzərində qazandığı qələbələrə qarşılıq ölümünün məhz sudan olacağını ağlına gətirirdi, amma ölməliydi. Nə bacısı, nə özü, nə də 18 nəfər ölməli deyildi. Çünki doğma yurdlarından məhz ölməmək üçün çıxmışdılar. Kater nasaz olandan ağlına heç müsbət fikir gətirməmişdi. Birdən özündə güc hiss etdi. Birdən qərara gəldi ki, bədbin fikirləri özündən uzaqlaşdırmalıdı və burada xilas olmaq üçün yaşamaq, ölməməək üçün bir çarə tapmalıdı.

“Qayıqdan düşən haray-həşir, həyəcanlı şikayətlənmələr məni daha da özümə gətirirdi”- Mardin müsahibələrinin birində demişdi. Bacısına, eləcə qayıqdakı 18 nəfər səslənmişdi-“Biz xilas olmalıyıq, üzməyi bacaranlar qayığı itələyib bir tərəfə çıxarmalıdılar”. Bacısı da üzməyi bacarırdı və həmin heyətdən başqa 2 nəfər. 4 nəfərlə suya girib 3 nəfər qayığın arxasından itəliyərək, Mardini isə öndən kəndiri özünə bağlayaraq qayığı üzə-üzə Yunanıstan sahillərinə kimi apardılar. Təcrübələrinə görə ən uzun müddət suda məhz Yusra Mardini qalmışdı. Çox əziyyətlə də olsa özünü və digərlərini ölüm pəncəsindən qurtarmışdı. Sonunun gəldiyini düşündüyü halda bu qəhrəmanın həyatının başlanğıcı idi gələcəyi, uğurları üçün. Yunanıstanın daha sonra bir neçə ölkəni küçərək Fransaya getdi bu 2 bacı. Yerləşdirildiyi qaçqın düşərgəsində bir Misirli tərcüməçinin köməyi ilə RİO 2016 Olimpiadasına hazırlaşan qrupa qatıldı. 2015-ci ildə ölkəmizdə keçirilən 1-ci mərhələ yay oyunlarında iştirakçı oldu və qalibiyyəti ilə 2016-cı ildə keçiriləcək RİO yay oyunlarına gedənlər sırasına düşdü.

19 yaşlı su pərisi ən böyük yarışa Egey dənizində girmişdi. Katerlərini xilas edərək 20 nəfərlik heyətin sağ-salamat Yunanıstan adasında çatmasına həyatında ilk və son qələbəsi idi. Bu gündən sonra bütün qələbələri onu əvəz edə bilməz. Həm özünün , həm də ətrafdakıların canını xilas etmişdi. Yəqinki bu qəhrəmanlığının , bir insanın həyatının xilas edilməsinin mükafatı üçün dünyanı belə versələr az olar. O insanlığı xilas etmişdi. İnsanlığı xilas etmək istıyi isə nə haranın vətəndaşı olmağından, nə dinindən, nə dilindən, nə də irqindən asılı deyil. İnsan olan insanlığı daim düşünməlidir...


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi