azia.az
azia.az

Dost alimliklə cahilliklə deyil

12-08-2016, 13:39

 Dost alimliklə cahilliklə deyil
Dost sözü geniş məzmunlu bir sözdür baxmayaraq ki, 4 hərf 4 səsdən ibarətdir. Dostluq qurmaq, gözəl dost olmağı bacarmaq çətindir. Dostlarımız həyatımıza məna qatan, xoşbəxtliyimizə səbəb olanlardır. Belə ki kimliyimizdən asılı olmayaraq hər birimizin həyatında arxalandığımız, güvəndiyimiz dostlarımız vardır. Dostluq münasibəti zamanla özünü doğruldan munasibətdir. Bu münasibət hardasa üst-üstə düşən maraqdan, bir-birini başa düşməkdən yaranır. Hər bir yaxınlıq dostluq demək deyil. Buna baxmayaraq dostlarımız dostluq münasibətimizin haqda çox az fikirləşirik. Bəzilərimiz bezikdiricliyinə, çoxları isə təsədüflərə güzəşdə gedirik. Həyatımızda vacib olan bir insandır dostumuz. Hər hansı bir insan haqqında onun dostlarına görə mühakimə yürüdürlərsə, demək ki çox vacib biridir dostumuz. Alim cahillə dostluq edə bilməz deyirlər. “Dost alimliklə cahilliklə deyil” insanlıqla dəyərləndirsə hər baxımdan dəyərli olar dostlarımız.
Mənasız həyatı, mənasız yaşamı heç birimiz istəmirik, eləcə də kiminsə həyatını dostsuz təsəvvür etmək mümkün deyil. Elə bir dosta ehtiyacımız var ki, ən çətin anımızda, həyatın bizi bir kənara sıxışdırdığı zamanda rahatlıqla kürəyimizi ona söykəyib, gələcəyə ümidlə baxa bilək. Bizlər bilmədən kimləsə dostlaşırıq. Lakin dostluqda təsadüf yox, seçmə əsas rol oynamalıdır. Gözəl dostluq doğru münasibətdən başlayır. Zamanla edilən söhbətlər insanı daha da doğmalaşdırır. Hərdən edilən mübahisə belə aradakı məsafəni daha da azaldır. Hər gün daha çox doğmalaşırsan. Hər sirrin, istəyin dostunla müzakirə mövzusuna çevrilir. Beləcə qırılmaz zəncirlər yaranır arada. Bu qırılmaz zəncir öz mənasını tapır insanlar arasında. Əslində insan-insanın dostudur deyirlər. Doğrusu müasir dövrümüzdə qəlbən dost olmağa can atanlar çox azdır. Fikrimcə dost insana hər zaman gərəkdir. Əsl dost isə həmişə səninlə olub sənə doğrunu göstərəndir. Acı da olsa həqiqəti deyəndir. Geniş anlamdır dost anlamı. Yaxşı dost olmaq üçün yaxşı insan olmalısan. Dost sözünün mənasını anlamayan dost ola bilməz.
Dostluğa daha çox ehtiyac duyduğumuz bu günümüzdə azdır həqiqi dost olanlar. Əslində cəmiyyətin dostluğa münasibətini dostluqla qurula bilən ailələr dəyişə bilər. Dostlar bir-birini yaxşı anlayır. Anlaşılmaq isdəyən insanlar isə dost olmağa meyillidirlər. Hər şeyin çox aydın göründüyü zəmanəmizdə gənclik nədənsə bir-birinə əsl dost kimi yanaşmaqda acizdirlər. Bütün münasibətlərdə dostluğa ehtiyac qaçılmazdır.
P.S. Ehtiyaclarımızı ödəməkdə bir-birimizə dost olmaq diləyi ilə əziz oxucular.

Xatirə Tahirqızı
Mənbə
Sozazadligi.org


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi