azia.az
azia.az

Erməni qızını yeyən türk obrazı

6-04-2016, 10:01

Erməni qızını yeyən türk obrazı Qarabağ torpaqlarında baş verən son hadisələr Azərbaycan cəmiyyətinin gündəmini qəfil dəyişdi. Cəbhə xəbərlərinə köklənmiş xalqımız böyük bir həmrəylik, milli birlik yaşadı. Lakin bu gərgin insanların əsəbləri üstündə gəzişənlər də tapıldı. Düşük “humanistlər”imiz sosial şəbəkələrdə ermənilər üçün sızlarkən əsgərlərimiz səngərlərdə ermənilərlə vuruşurdu. Bu yazımla həmin kosmopolitləri qandırmağa çalışacam ki, ay bədbəxt, ay yalançı kosmetik politik, sən erməninin ayağına düşüb yalvarsan da, erməni səninlə heç vaxt dost olmayacaq! Çünki hər bir erməniyə anadan olandan anti-türk “iynəsi” vurulur. İndi qulaq as.

Uzaq tarixi demirəm, elə sovet dövründə də ermənilər bizim millətə qarşı düşmənçilik siyasəti aparırdı. Sovetlər birliyi zamanı 15 respublika arasında yalançı “xalqlar dostluğu” deyilən bir şey vardı. Ona görə də həmin xalqlar Kremlin qorxusundan biri-birinə qarşı düşmənçilik təbliğatı yürüdə bilməzdi.

Bəs ermənilər bu necə edirdi?

Erməni yazıçıları və tarixçiləri dayanmadan yazıb öz xalqına bəyan edirdi ki, tarix boyu türklər onların kökünü kəsmək istəyib. Beləcə, yazılan əsərlər üzrə çoxlu faciə kinoları çəkirdilər.
Ötən əsrin 80-ci illərində ermənilərin bu mövzuda çəkdiyi bir neçə film görmüşəm. Bu filmlərdən yadımda qalan bəzi epizodları danışmaq istərdim.
Məsələn, birində belə bir səhnə vardı. Yaz vaxtıdır, hər yan çiçəkləyib. Bir qoca, nurani kişi öküzlərini qoşaraq 9-10 yaşlı oğul nəvəsi ilə dağların ətəyində yer şumlayır. Bu xoşbəxt mənzərəni həzin bir musiqi müşayiət eləyir. Uşaq üzünü dağlara tutaraq, eynilə bizim Qarabağ bülbülləri kimi oxuyur. Qəfil güllə səsi bu gözəlliyi, bu həyat eşqini çilik-çilik eləyir. Və birdən-birə haradansa peyda olan əlisilahlı türklər uşağın əməksevər babasını uzaqdan vurub qətlə yetirir. Uşaq mahnısını yarımçıq kəsərək dönüb babası tərəfə baxır. Bu tərəfdən uzun tüfəngli türklər onlara tərəf hücum çəkir. Qoca əkinçi al qan içində olsa da, əllərini cütdən buraxmır, hay-küydən və güllə səsindən hürküşən öküzlər onu şumluqda sürüyür. Uşaq bu mənzərəni görüb dağlara tərəf qaçmağa başlayır. Lakin “qaniçən türklər” o məsum erməni uşağını arxadan güllələyir. Bu zaman uşağın bayaq oxuduğu mahnı dağlarda əks-səda verir, uşaq yavaşıdılmış kadrlarla yıxılaraq yaşıl təpəni qucaqlayır. “Qaniçən türklər” uşağın meyitinə tərəf cumub, onu yerdə təpikləyir. Təpiklər dəydikcə onun kürəyindəki güllə yeri geniş ekranda göstərilir. Cocuğun məsum kürəyi, qədimi güllü köynək və qanlı güllə yeri...

Başqa bir kinodakı epizoda qulaq as. Deməli, “vəhşi türklər” hücum edərək “öz yurdunda sənətkarlıqla məşğul olan” ermənilərin başının üstünü alırlar. Arvad, uşaq, qoca demədən, qabaqlarına kim keçdi öldürür, evlərini yandırırlar.
Dava-qırğın səngiyəndən sonra həmin “vəhşi türklər”in başçısını böyük bir otaqda göstərirlər. “Başçı” o qədər eybəcərdi ki, adam ekrana baxanda iyrənir. Təsəvvür edin, bu rol üçün ən eybəcər erməni aktyorunu yenidən qrimləyiblər. Çopur üzlü, eybəcər burunlu, balacaboy, yoğun qarınlı, əyri-üyrü dişli bir varlıq. Güləndə elə bil it mırıldayır.
Tabeçiliyində olan döyüşçü türklər əsir götürdükləri gözəl bir erməni qızını ayaqyalın, paltarı cırıq vəziyyətdə başçının hüzuruna gətirirlər. O, mırıldayaraq gətirənlərə “çıxın!” əmri verir. Onlar otaqdan çıxırlar. “Eybəcər başçı” mırıldana-mırıldana divara qısılmış qıza yaxınlaşır. Üstünə cumub öpmək istəyəndə qız onun üzünə tüpürür. “Başçı” hirslənərək qapıçılardan bir neçəsini içəri çağırır. Onlar qızı zorla soyunduraraq əl-ayağını tutub başçının hüzuruna yıxırlar. “Eybəcər türk” gözəl bir erməni qızını zorlayır. Zorlanan qızın tükürpədən səsi yüksəldikcə onun qollarını tutan döyüşçülər ləzzətlə gülürlər. Sonra nə olur, bilirsinizmi? Sütül erməni qızını zorlayandan sonra ürəyi soyumayan “eybəcər türk” onun döşündən alma kimi bir dişlək alır. Bağıra-bağıra qalmış qızın döşünün ətini çeynəyən “başçı”nın qanlı ağzı, çənəsi böyük ekranda göstərilir...
Belə kinolara baxan erməni gəncləri öz böyüklərindən soruşurdu ki, bəs o türklər kimdi? Onlar da əlbəttə, Azərbaycanı göstərirdilər: “Bax, oğlum, bizim düşmənlərimiz bunlardı! Bunlar azərbaycanlı yox, həmin düşmən türklərdi! Onlar Türkiyədə daha çoxdular”.
Bax belə!
Kremlin senzurasını adlamaq üçün, ermənilər biclik edərək, həmin filmlərin azərbaycanlılara qarşı yox, sovet hökumətinin qatı düşməni olan Türkiyəyə qarşı çəkildiyini söyləyirdilər. Eyni zamanda yaşlı ermənilər gənclərə “stolun altından” azərbaycanlıları göstərib “düşmən budur!” deyirdilər. Azərbaycanlılar isə onların yazdığı anti-türk əsərlərə, saxta tarixi sənədlərə, çəkdikləri kinolara cavab verə bilmirdi. Çünki belədə biz “xalqlar dostluğu”na xələl gətirmiş olardıq.
Mən çox şahidi olmuşam, erməni millətindən olan biri azərbaycanlılar arasında tək olanda o qədər ehtiyatlı, yaltaq və xoflu olur ki... Yəni bizim vəhşi obrazımız artıq onların yaddaşına əbədi hopdurulub.
Erməni heç vaxt bizimlə dost olmayacaq! Onlar bizim əbədi düşmənimizdir! Qrant alıb yeməklə ermənidən dost düzəltmək olmaz! Erməni heç vaxt türklə barışmaq istəmir! Qürurlu olun!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi