azia.az
azia.az

Millimizin baş məşqçisi hara gedir?

26-04-2017, 10:15

Millimizin baş məşqçisi hara gedir?

Prosineçki ilə artıq razılıq əldə edilib

Milli komandamızın baş məşqçisi 48 yaşlı Robert Prosineçki növbəti mövsümdən etibarən Türkiyənin "Bursaspor" klubunu çalışdıracaq.

İstiPress xəbər verir ki, bu barədə məlumatı qonşu ölkənin mətbuatı yazıb. "Ağ-yaşıllar" Mutlu Topçunu baş məşqçi postuna gətirdikdən sonra da uğursuz çıxış davam etdiyi üçün yeni məşçi axtarışındadı.

Millimizin baş məşqçisi hara gedir?

Robert Prosineçki
"Fanatik" nəşrinin yazdığına görə "Bursaspor"la Prosineçki arasında artıq razılıq əldə edilib. İyun ayında millimizlə müqaviləsi başa çatacaq xorvat mütəxəssis növbəti mövsümdən etibarən Bursa təmsilçisini çalışdırmaqla bağlı söz verib.

Xatırladaq ki, Prosneçki bundan əvvəl Türkiyədə "Kayserispor" klubunu çalışdırıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi