azia.az
azia.az

“Eddinin Azərbaycan yığmasına çağırılması yerinə düşmədi”- BAŞ MƏQÇİ

16-03-2016, 11:16

“Eddinin Azərbaycan yığmasına çağırılması yerinə düşmədi”- BAŞ MƏQÇİ Eddi İsrafilovun Azərbaycan yığmasına çağırılması klubu “Kordoba”nı narahat edir. Sequnda təmsilçisi millimizin üzvünün yoxluğunu doldurmağın yollarını axtarır.
Məsələ burasındadı ki, 29 turdan sonra Sequndada 5-ci pillədə qərarlaşan “Kordoba” martın 27-də La Liqaya vəsiqə uğrunda əsas rəqiblərindən olan “Alaves”lə qarşılaşacaq. Hazırda aktivində 46 xal olan Xose Luis Oltranın yetirmələri “Alaves”dən cəmi 3 xal geri qalırlar.
Eddi İsrafilov isə martın 21-dən 27-dək millimizin heyətində Türkiyədə təlim-məşq toplanışında olacaq. Toplanış çərçivəsində isə komandamız martın 26-da Qazaxıstanla yoxlama görüşündə üz-üzə gələcək.
“Kordoba”nın yeganə problemi bu deyil. Klubun əsas hücumçusu Florin Andone Rumıniya, qapıçısı Brimah Razak isə Qana yığmasına dəvət edilib. Rumınlar martın 23-də Litva, 27-də İspaniya ilə yoldaşlıq görüşü keçirəcək, Qana isə Afrika Millətlər Kuboku çərçivəsində ayın 24-də və 27-də Mozambiklə qarşılaşacaq.
Bununla bağlı yerli mətbuata açıqlama verən “Kordoba”nın baş məşqçisi Xose Luis Oltra adıçəkilən 3 futbolçunun yoxluğunu hiss edəcəklərini söyləyib: “Eddi yeni transfer olsa da, artıq komandaya tam uyğunlaşıb. Son oyunlarda 90 dəqiqə meydanda olması onun bizim üçün vacib futbolçu olduğunu göstərir. Həmçinin Andone və Razak da bizim aparıcı oyunçularımızdı. Onların yığmalarına çağırılmaları heç yerinə düşmədi. Bu azmış kimi, Viktor Peres və Saşa Markoviç də zədəlidilər. Bu futbolçuların yoxluğunda təkcə heyətdə yox, taktikada da dəyişiklik etməli olacağıq. Həmin vaxt isə La Liqaya vəsiqə uğrunda final xarakterli matça çıxacağıq. Çalışacağıq bu vəziyyətdən çıxış yolu axtaraq”.
Qeyd edək ki, Eddi İsrafilov “Kordoba”ya qış fasiləsində “Mursiya”dan icarəyə götürülmüşdü.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi