azia.az
azia.az

"Qarabağ"da istədiyim qədər qol vura bilmirəm" - Ndlovu

17-03-2017, 12:42

"Qarabağ"da istədiyim qədər qol vura bilmirəm" - Ndlovu


“Yığmanın futbolçusu olmaq qürurvericidir. Milli komandadan dəvət almayanda çox məyus oluram".

Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Dino Ndlovu "africanfootball.com"a açıqlamasında deyib.

Son vaxtlar milliyə dəvət almayan cənubi afrikalı hücumçu yenidən yığmaya çağırılacağına ümid etdiyini bildirib:

"Ötən mövsüm klubda çoxlu qol vursam da, mənə millidən dəvət gəlmədi. Digər futbolçulara verilən şansı mənə vermədilər. Ancaq bu artıq keçmişdə qalıb. İndi mən gözləyirəm. Millinin yeni baş məşqçisinin kim olacağı mənə çox maraqlıdır. Yeni çalışdırıcı mənə etimad göstərsə, yığmada oynamağa hazıram. Çünki millinin formasını geyinmək mənim üçün həmişə şərəfdir”.

27 yaşlı futbolçu hələlik "Qarabağ"da tam potensialını ortaya qoya bilmədiyini qeyd edib: “Təəssüf ki, mövsümün əvvəlindən “Qarabağ”da olmadım. Buna görə istədiyim qədər qol vura bilmirəm. Komandamın yay təlim-məşq toplanışında iştirak etməmişəm. Bu da tam olaraq bacarığımı göstərməyə mane oldu. Düzdür, ötən turda qol vurdum. Buna görə şadam. Ümid edirəm ki, komandama uğurlu nətilər qazanmaqda kömək edəcəm”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi