Azərbaycan pəhləvanlarını 184 min dollara aldılar
Hindistanın paytaxtı Dehlidə Azərbaycan pəhləvanlarının da qatıldığı Pro Wrestling League Peşəkar liqasının ikinci mövsümünün startından əvvəl yarış iştirakçılarının, necə deyərlər, auksion-draft-ı olub
Virtualaz.org-a istinadən bildiririr ki, pəhləvanlar altı komanda arasında bölünüblər. Hər komandanın şərti olaraq 10 milyon rupisi olub.
Bu təxminən 148 000 dollara bərabərdir. Komandalar bu məbləğə beş kişidən və dörd qadından ibarət tərkib yığmalı idilər. Doqquz pəhləvandan beşi Hindistandan, dörd nəfəri isə əcnəbi olmalı idi.
Bizim Olimpiya oyunlarının 3 qat mükafatçısı olan Mariya Stadnik (48 kq) 4 700 000 rupiyə (69 000 dollar) "Manqalayatan Dilli Viir Universiteti" komandasına qismət olub.
Rio-2016-nın bürünc mükafatçısı, sərbəst üsulla güləşən pəhləvanımız Cəbrayıl Həsənov (74 kq) onu 63 000 dollara əldə edən "Mumbay" klubunu dəstəkləyəcək.
2012-ci ilin Olimpiya çempionu və Olimpiada-2016-nın gümüş mükafatçısı Togrul Əsgərov (57 kq) isə "Pəncab Royyals"ın tərkibinə daxil edilib. Onun üçün təxminən 52 min dollar ödənilib.
Beləliklə, bizim idmançılarımıza görə ödənilən ümumi məbləğ 184 min dollar olub.
Gürcüstandan olimpiya çempionu Vladimir Xinçeqaşvili Liqanın ən bahalı pəhləvanı olub. Onun üçün 71 000 dollar ödənilib.
Qeyd edək ki, əvvəlcə yarışların dekabrda keçirilməsi nəzərdə tutulmuşdu. Amma sonradan onu 2-19 yanvara keçirdilər. Altı komanda bir-biri ilə dairəvi sistem üzrə görüşəcək. Dörd ən yaxşı komanda yarımfinala çıxacaq