azia.az
azia.az

Şeydayev "Trabzonspor"da ilk qolunu vurdu

28-07-2016, 06:10

Şeydayev "Trabzonspor"da ilk qolunu vurdu Türkiyənin "Trabzonspor" klubu təlim-məşq toplanışında ilk yoxlama oyununa çıxıb.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, azərbaycanlı futbolçu Ramil Şeydayevin çıxış etdiyi komanda Macarıstandakı hazırlıq prosesi çərçivəsində Avstriyanın 4-cü liqa təmsilçisi "Gerasdorf"la qarşılaşıb.

Oyun 6:1 hesabı ilə “Trabzonspor”un xeyrinə başa çatıb. Start heyətdə meydana çıxan Ramil Şeydayev sonadək mübarizə aparıb. Gənc hücumçu 87-ci dəqiqədə komandasının 6-cı qolunu vurub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi