Kapello Portuqaliyaya üstünlük verdi
Məşhur italyalı məşqçi Fabio Kapello AVRO-2016-nın final matçı ilə bağlı gözləntiləri ilə bölüşüb.
APA-nın məlumatına görə, bu barədə «Football Italia» xəbər verib.
“Hər iki yığma üçün çətin oyun olacaq. Fransanın hücumu güclü olsa da, müdafiə xəttində problemləri var. Portuqaliya isə çox “kompakt” oynayır, onlar mənə Antonio Kontenin yığmasını xatırladır. Düşünürəm ki, hər iki məşqçi bir-birilərini diqqətlə öyrənəcək. Oyunun favoriti meydan sahibləri sayılsa da, məncə Portuqaliya hazırda Fransadan üstün vəziyyətdədir”, deyə F.Kapello bildirib.
Xatırladaq ki, futbol üzrə Avropa çempionatının final matçı iyunun 10-da, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.