azia.az
azia.az

İtaliya klubunda bir mövsümdə 8-ci baş məşqçi

10-03-2016, 09:35

İtaliya klubunda bir mövsümdə 8-ci baş məşqçi “Sampdoriya”nın keçmiş baş məşqçisi Valter Novelino “Palermo”ya başçılıq etməyə yaxındı. Apasport.az saytının “Football İtalia”ya istinadən məlumatına görə, italiyalı mütəxəssis siciliyalılarla mövsümün sonuna kimi anlaşıb.
Qeyd edək ki, Novelinə bu mövsümün gedişində “sarı-göylər”ə rəhbərlik edəcək 8-ci mütəxəssis olacaq. Daha əvvəl Beppe Yakini (iki dəfə), David Ballerdine, Fabio Viviani, Gilyermo Skelotto, Covanni Tedesko və Covani Bosi komandanın sükanı arxasına əyləşib.
Bu mövsüm A seriyasında keçirdiyi 28 oyundan sonra aktivində 27 xal olan “Palermo” turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi