azia.az
azia.az

Rəsul Çunayev: "Ermənilər hara getsələr, qaça bilmirlər, mənimlə düşürlər"

7-05-2016, 18:10

Rəsul Çunayev: "Ermənilər hara getsələr, qaça bilmirlər, mənimlə düşürlər" "O ermənini mən 7 il əvvəl də məğlub etmişdim".

Gün.Az Region TV-yə istinadən xəbər verir ki, Rəsul Çunayev qələbə sevincini "Region" televiziyasında yayımlanan "Günün ardınca" proqramı ilə bölüşüb.

"Çox sağ olun ki, zəng etdiniz. Təbriklər üçün təşəkkür edirəm. Buraya gəlmişdim ki, "Rio-2016"ya vəsiqə qazanım. Buna da nail oldum. Bizim məşqşçilərimiz də üzərimizdə o qədər əziyyət çəkmişdilər ki... Federasiya rəhbərliyi bizdən, şəxsən məndən qələbə gözləyirdi. Məni dəstəkləməyə də gəlmişdilər. Onların ümidlərini doğrultmaq üçün əlbəttə, bütün canımı qoydum ki, qələbə qazanım. Buna nail oldum. Çox şadam.

Olimpiadaya ilk dəfə liseniya qazanmaq hissi çox gözəl hissdir. İnşallah, bunun davamı olaraq Olimpiadadan medal gətirməyə çalışacam. Erməni rəqibi məğlubiyyətə uğratmaq da zövqlü idi. O ermənini mən 7 il əvvəl də məğlub etmişdim. Və burada da mənimlə gəldi düşdü. Mənimlə düşəndə sevindim ki, hara getsələr, qaça bilmirlər, mənimlə düşür ermənilər. Çox xoş idi. İstəyirdim ki, maksimal qələbə qazanım və buna nail oldum".

Qeyd edək ki, ötən gün Rəsul Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən II Dünya təsnifat turnirində yunan-Roma güləşi üzrə 66 kq çəkidə çıxış edib və qızıl medal qazanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi