azia.az
azia.az

Təhsil Nazirliyi saxta diploma “yaşıl işıq yandırıb”?!-Azərbaycan Universitetində

6-10-2017, 11:07

Nazirlər Kabinetinin müvafiq qərarlarını kimlər və hansı səbəblərdən “unudublar”

Yenixeber.org: 2016-cı ildə Azərbaycan Universitetinin Humanitar Fənlər fakültəsinin “Tarix müəllimliyi” ixtisasına “yiyələnən” 40-dan çox məzunun sahib olduğu diplomun həqiqiliyinin şübhə doğurmasından yazmışdıq. ““Saxta diplom dalğsı” Azərbaycan Universitetini də “vurub”?!-MÜƏMMA” sərlövhəli yazımızdan sonra bu istiqamətdə yenixeber.org-a yeni məlumatlar daxil olmaqdadır...
Xatırladım ki, yazıda Təhsil Nazirliyinin 941 saylı, 07.09.2015-ci il tarixli əmriylə fəaliyyəti dayandırılmış Bakı Asiya Universitetindən köçürülmüş bu tələbələrin tədris planının yerinə yetirilməsində ciddi qüsurların olduğuna toxunmuşduq. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli 117№-li Qərarının (Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”nın tətbiq edilməsi haqqında.) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarxli 348№-li Qərarının (Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında.) müvafiq maddələrinin “unudulması” səbəblərinin də anonsunu vermişdik. Bütün bu olayların başında isə fakultənin dekanının və universitetin o zamankı tədris hissə müdirinin dayandığı iddia olunur. Eyni zamanda universitetin gerçək sahibinin bütün bu olub-bitənlərdən xəbərsiz olduğuna əminlik də bildirilir.
***
Mövzu ilə bağlı diqqəti çəkən faktorlardan biri də Təhsil Nazirliyinin bu prosesə mövqeyi ilə bağlıdır. Daha da açıq yazsaq Təhsil Nazirliyinin məlum prosesdəki mövqeyi anlaşılmaz görünür. Yuxarıda qeyd etdiyimiz tələbələrdən 35-nin dövlət imtahanına buraxılmasını məqsədəuyğun hesab etməsi ilə bağlı Azərbaycan Universitetinin o zamankı rektoru Fərid Əhmədovun təhsil nazirinin müavini Ceyhun Bayramova ünvanlandığı məktubun surəti redaksiyamızdadır. (Bu tələbələrin siyahısı yazının sonundadır. Red.)
18.03.2016-cı il tarixli 046 №-li məktubda bu tələbələrin köçürüldükləri universitetin tədris planına əsasən nəzəri təlimi tam yerinə yetirdikləri qeyd olunur. Lakin Azərbaycan Universitetinin Elmi Şurası tərəfindən 2009-cu ildə təsdiq edilmiş və hazırda qüvvədə olan tədris planına əsasən fərq fənləri yarandığından onların dövlət imtahanına buraxılmasında müəyyən problemlərin mövcudluğu da bildirilir. Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli 117№-li Qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.17-ci bəndinə əsasən bakalavriat səviyyəsində tələbələrin topladığı kreditlərin sayının 200-dən az olmaması da qeyd olunur. Sonda isə bunu nəzərə alaraq, bu tələbələrin təcrübə keçmək şərti ilə dövlət imtahanına buraxılmasını məqsədəuyğun saydıqları yazılır.
Təhsil nazirinin müavini Ceyhun Bayramovun cavab məktubunda deyilir: Bildiririk ki, məktubunuzda qeyd olunanları nəzərə alaraq, sözügedən tələbələrin yekun dövlət attestasiyasına buraxılmasına etiraz edilmir.
Maraqlıdır ki, Ceyhun müəllim "qeyd olunanları nəzərə alaraq" deyərkən nəyi nəzərdə tutmuşdur? Məhz elə bu cavabla da Təhsil Nazirliyi saxta diploma “yaşıl işıq yandırmış” olur. Bilərəkdən, ya bilməyərəkdən...
Mənbəmiz rektor Fərid Əhmədovun məktubunda ciddi qanun pozuntularına yol verildiyini və Nazirliyi aldatmağa cəhd olunduğunu bildirir: Nazirlər Kabinetinin sözügedən qərarının 2.17 bəndi təhrif olunub. Məktubu hazırlayanlar nədənsə həmin bəndi axıra qədər yazmağı “unudublar”. 2.17-ci bənd tam olaraq belədir:
"Bakalavriat səviyyəsində tələbələrin topladığı kreditlərin sayı 200-dən az olmamalıdır. İxtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin tədris proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya komissiyasının qərarı əsasında "bakalavr" ali peşə-ixtisas dərəcəsi verilir”.
Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 nömrəli "Ali təhsil müəssisələrinin bakalavriat və magistatura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydalarının" təsdiq edilməsi haqqında qərarının 3.2.4. bəndində deyilir: "İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (tibb sahəsində 300-360 kredit), magistaturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir"
Hər bir yeni qərarın əvvəlkini qüvvədən salması da məlumdur. Şübhəsiz ki, Bakı Asiya Universitetinin və Azərbaycan Universitetinin 050113 "Tarix müəllimliyi" ixtisası üzrə Tədris Planı Təhsil Nazirliyində var. Belə də hər iki tədris planını nəzərdən keçirdikdən sonra Nazirliyə göndərilən məktuba cavab vermək olardı. Nədənsə hörmətli təhsil nazirinin müavini Ceyhun Bayramov heç bir araşdırılma aparılmadan rektora cavab məktubu ünvanlayır. Nədən? Hələ ki, bu sual açıq qalır. Çalışıb qarşıdakı günlərdə cavab tapacağıq.
Yenixeber.org-a verilən məlumatlara görə bu yazışmaların səbəbinin adları sadalanan tələbələrin "İxtisasın (proqramın) peşə hazırlığı fənləri", "Peşə hazırlığı üzrə seçmə fənlər”, "İxtisaslaşma üzrə seçmə fənlər" və təcrübə keçmək məsələsindəki “unutqanlıq”la bağlıdır.
Bu tələbələrə sadalanan bölmələrin tədrisində hansı qanuna zidd əməllərə yol verilib? Məlum qanun və qaydalara uyğun olaraq, tədrisi məcburi olan hansı fənlər və hansı maraqlardan “unudulub”? Təcrübə "oyunu" hansı səbəbdən qaynaqlanıb? Bəs bütün bunlara sorumlu olan kimlərdir? Və s.
Qarşıdakı günlərdə Təhsil Nazirliyinin də mövqeyini öyrənməyə çalışıb, bu və digər suallara cavab tapmaqla mövzunu davam etdirəcəyik. Sabiq rektoru da, hələlik adlarını yazmağı uyğun bilmədiyimiz tərəfləri də dinləməyə hazırıq.
Fərhad
Sabiq rektor Fərid Əhmədovun 18.03.2016-cı il tarixli 046 №-li məktubunda adları sıralanan tələbələrin siyahısı:
Seyidova Ülviyyə Cavid qızı.
Seyidova Elnarə Mirdamət qızı.
Həsənova Telli Mürşüd qızı.
Qarayeva Lalə Firdovsi qızı.
Əhmədova Ayan Etibar qızı.
İmanova Aysel Azad qızı.
Cəfərov Elşən Faiq oğlu.
Əliyev Samir İbrahim oğlu.
Qəhrəmanova (Süleymanova) Səadət Yahuzər qızı.
Çobanova (Osmanova) Könül Zəkrulla qızı.
Kərimova (Əliyeva) Türkan İldırım qızı.
Abdullayev Hacıbala Yunis oğlu.
Salmanov Səbuhi Oruc oğlu.
Rzayev Pərviz Daxil oğlu.
Muxtarzadə Orxan Naib oğlu.
Əliyev Əli Fuad oğlu.
Nuriyev Rövşən Nuru oğlu.
Quliyev Orxan Sənan oğlu.
Ağalarova Gülnar Nəbi qızı.
Baxşıyev Nəhmət Barat oğlu.
Həsənova Kəmalə Kamil qızı.
Əlizadə Odər Elşən oğlu.
Zeynallı Haldun Rövşən oğlu.
Aslanov Elmar Elsevər oğlu.
İbrahimli İlahə Aslan qızı.
Babayeva Firuzə Nizaməddin qızı
Mehdiyeva Günel Asif qızı
Məmmədli Elsevər Nəriman oğlu
İsayev Əsəd Durar oğlu
Qasımzadə Ramal Məhəmməd oğlu
Rüstəmov Taciyəddin Bəxtiyar oğlu
Məmmədov Yusif Surxay oğlu
Şirinova Marusa Şirin qızı
Əhmədzadə Ramin Vəli oğlu
Hümbətov Elyanar Əlövsət oğlu


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi