azia.az
azia.az

Qazax-Britaniya Texniki Universitetinin rektoru Bakı Ali Neft Məktəbində

5-04-2022, 13:00


Qazax-Britaniya Texniki Universitetinin rektoru Bakı Ali Neft Məktəbində

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Qazax-Britaniya Texniki Universitetinin (KBTU) rektoru, professor Maratbek Qabdullin və KBTU-nun inkişaf elmləri üzrə professoru Çokan Laumulin ilə görüşüb. Görüşdə BANM-in professor-müəllim heyəti və iki universitet arasında əməkdaşlıq çərçivəsində Ali Məktəbdə təhsillərini davam etdirən qazaxıstanlı tələbələr də iştirak ediblər.
        Qazax-Britaniya Texniki Universitetinin rektoru Bakı Ali Neft Məktəbində
Ali Məktəbin rektoru Elmar Qasımov qonaqları salamlayaraq onları Bakı Ali Neft Məktəbində görməkdən məmnunluğunu ifadə edib. Rektor BANM-in nailiyyətləri, beynəlxalq əlaqələri və tədris prosesinin təşkili, yenilikləri haqqında məlumat verib. Elmar Qasımov bildirib ki, həmkarı Maratbek Qabdullinin Ali Məktəbi ziyarət etməsi BANM və KBTU arasında əməkdaşlığın genişlənməsinə daha bir təkan olacaq.
BANM-in rektoru qazaxıstanlı tələbələrin rəhbərlik etdiyi Ali Məktəbdə təhsil almalarını yüksək qiymətləndirib və bu mübadilə proqramının davam edəcəyini vurğulayıb.

Qonaqpərvərliyə görə Bakı Ali Neft Məktəbinin rektoruna təşəkkür edən Maratbek Qabdullin BANM-in kampusu ilə tanış olduğunu və burada tələbələrin peşəkar kadr kimi yetişmələri üçün yaradılan şəraiti nümunəvi adlandırıb. O, BANM-i 10 illik yubileyi münasibətilə təbrik edib və uğurlar arzulayıb.
BANM-lə əməkdaşlıqdan məmnun olduqlarını bildirən KBTU-nun rektoru rəhbərlik etdiyi ali məktıb haqqında məlumat verərək bildirib ki, Universitet Qazaxıstan Respublikası Hökumətinin 2001-ci il tarixli Fərmanı ilə Qazaxıstan Təhsil və Elm Nazirliyi ilə “British Council” arasında Anlaşma Memorandumuna əsasən yaradılıb. Ali məktəbin əsasən neft-qaz sahəsi üzrıə ixtisaslaşdığını vurğulayan Maratbek Qabdullin qeyd edib ki, BANM və KBTU arasında tələbə-mübadilə proqramları uğurla davam edir. O, azərbaycanlı tələbələrin də rəhbərlik etdiyi universitetdə təhsil almalarını arzulayıb və BANM-lə təhsil və tədris sahəsində əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını vurğulayıb.

Görüş professor – müəllim heyəti və tələbələrin gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə davam edib. Sonda BANM-in rektoru Elmar Qasımov Maratbek Qabdullinə “Fəxri qonaq” plaketi təqdim edib.
Xatırladaq ki, BANM və KBTU arasında əməkdaşlıq 2018-ci ildə imzalanmış əməkdaşlıq haqqında memorandum əsasında başlanıb. Bu əməkdaşlıq nəticəsində mübadilə proqramı əsasında 2019/2020-ci tədris ilinin payız semestri ərzində 3 tələbə, 2019/2020-ci tədris ilinin yaz semestri ərzində tələbələr 1 tələbə bakalavriat səviyyəsində Neft-qaz mühəndisliyi ixtisası üzrə BANM-də təhsil alıb. İkitərəfli əməkdaşlığın daha da genişləndirilməsi nəticəsində 2021/2022-ci ilin yaz semestrində daha 11 tələbə Neft-qaz mühəndisliyi ixtisası üzrə Ali Məktəbdə təhsillərini davam etdirir.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi