azia.az
azia.az

Avrasiya Universitetlər Birliyinin prezidenti Bakı Ali Neft Məktəbində

15-03-2022, 17:54


     Avrasiya Universitetlər Birliyinin prezidenti Bakı Ali Neft Məktəbində
Bakı Ali Neft Məktəbində ( BANM ) Avrasiya Universitetlər Birliyinin (EURAS) prezidenti, Türkiyənin İstanbul Aydın Universitetinin təsisçisi, professor Mustafa Aydının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Ali Məktəbin rektoru Elmar Qasımov qonaqları salamlayaraq türkiyəli həmkarı Mustafa Aydını yenidən Bakı Ali Neft Məktəbində görməkdən məmnunluğunu ifadə edib. Rektor Elmar Qasımov BANM-in fəaliyyətindəki yeniliklər, nailiyyətləri, beynəlxalq əlaqələri və tədris prosesinin təşkili haqqında məlumat verib. Qonaqpərvərliyə görə Bakı Ali Neft Məktəbinin rektoruna xüsusi təşəkkür edən Mustafa Aydın təhsildə milli mənəvi dəyərlərin təbliğinin vacibliyinə toxunub. Bildirib ki, sürətlə dəyişən və qloballaşan dünyada bu məsələ daha çox əhəmiyyət kəsb edir. Rektor Elmar Qasımov isə rəhbərlik etdiyi Ali Məktəbdə bu məqama xüsusi diqqət yetirildiyini vurğulayıb.      Avrasiya Universitetlər Birliyinin prezidenti Bakı Ali Neft Məktəbində Bu yaxınlarda Azərbaycanda keçiriləcək “Texnofest 2022 “ festivalında iştirak edəcək 33 BANM komandasının hamısına milli adların verildiyini diqqətə çatdırıb. Səmimi mühitdə keçən görüşdə gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Yeri gəlmişkən, Avrasiya Universitetlər Birliyi ( EURAS ) 2008 - ci ildə İstanbulda təsis edilib. Təşkilat Avropa, Asiya və Yaxın Şərq regionlarındakı 80 - dən artıq universiteti birləşdirir.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi