azia.az
azia.az

Summativ qiymətləndirmədə güzəştlər gözlənilir

22-02-2022, 12:12

Summativ qiymətləndirmədə güzəştlər gözlənilir
Şagirdlərin summativ qiymətləndirməsi zamanı müəyyən güzəştlərin tətbiq olunub-olunmayacağına aydınlıq gətirilib.

Redaktor.az xəbər verir ki, Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması sektorunun müdiri Fuad Qarayevin sözlərinə görə, pandemiyanın təsiri danılmazdır:



Buna görə də, ola bilsin qiymətləndirmə zamanı sualların səviyyəsi və sayında müəyyən güzəştlər edilsin. Məktəblərdə əyani tədris bərpa olunandan bu yana dərslər fasiləsiz keçirilir. Əmin ola bilərsiniz ki, məktəblər koronavirusa görə, distant təhsilə keçsə belə şagirdlər dərsləri onlayn qaydada keçiblər. Belə olanda müəllimlərə imkan yaranır ki, şagirdlər dərsə geri qayıtdıqda əlavə dərslər keçsinlər və əskik olan mövzuları tamamlasınlar".

F. Qarayev deyib ki, təbii ki, pandemiyanın təsiri də danılmazdır:

Müəllimlərimiz də bunu nəzərə alır. Ümumilikdə, şagird və valideynlər illik biliklərin düzgün şəkildə qiymətlərilməsində maraqlıdırlar. Ona görə kortəbii güzəştin şagirdə, valideynə və cəmiyyətə xeyir verəcəyini hesab etmirəm" - o deyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi