azia.az
azia.az

Müğənni Telman İsmayılova qarşı 5 milyonluq təzminat davası açdı – “Əllərini öpdürüb, şəxsi məclislərdə dostları üçün…”

30-03-2022, 17:49

Müğənni Telman İsmayılova qarşı 5 milyonluq təzminat davası açdı – “Əllərini öpdürüb, şəxsi məclislərdə dostları üçün…”
Moskvanın Presnenski Rayon Məhkəməsi müğənni Avraam Russonun 2004-cü ildə oğurlanması ilə bağlı işə baxır.

Son iclasda Russonun ona dəyən mənəvi ziyana görə, azərbaycanlı milyonçu Telman İsmayılovdan 5 milyon rubl kompensasiya tələb etməsi məlum olub.

Müğənninin vəkili Andrey Aleşkin məhkəmədə bildrib ki, Telman İsmayılov Avraam Russo ilə çox kobud davranıb, aşağılayıb, əllərini öpməyə məcbur edib, şəxsi məclislərdə dostları üçün mahnı oxutdurub.

Tibbi sənədlərə görə, müğənni ciddi bədən xəsarəti alıb - ona burun sınığı, kəllə-beyin travması və çoxsaylı qançırlar diaqnozu qoyulub.

Xatırladaq ki, 2004-cü ildə Telman İsmayılov Zaur Mərdanov, Tarxan Eldukayev, Əliyar Dəmirov və Vladimir Qusakovla əlbir olaraq bəhanə ilə Avraam Russonu Moskvadakı “Praqa” restoranına gəlməyə şirnikləndirib. Onu orada saxlayıblar və İsmayılovla prodüser kimi iş müqavilələri bağlamağa məcbur ediblər. Bundan sonra onu Moskva vilayətindəki iş adamının evinə aparıb və Russo bütün tələblərlə razılaşana qədər bir sutka orada saxlayıblar.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi