Xalq artisti: "İçəri Tünzalə Ağayeva gəlir, bütün məclis ayaqda olmalıdır!" - VİDEO
Xalq artisti Tünzalə Ağayeva maraqlı çıxışı ilə diqqət çəkib.
Azia.az xəbər verir ki, "Şourum" proqramının "Deyirlər ki..." rubrikasının qonağı olan ifaçı sənətdə kifayət qədər sözünü demiş sənətçilərdən olduğunu bildirib. İfaçı toy məclisinə daxil olan zaman insanların bütün diqqətinin onda olmalı olduğunu vurğulayıb:
"Tamaşaçı konsertimdə darıxmamalıdır. Üç mahnıdan sonra saatına,telefonuna baxmamalıdır. Mən oxuyuramsa yeyib-içmək dayanmalıdır. Çünki içəri Tünzalə Ağayeva gəlir. Bütün məclis ayaqda olmalıdır!".