“Tünzalə və Brilliant jüri adına utancdır” rəyini bəyəndi
Sosial mediada gedən “Səs” yarışmasının müzakirəsinə Xalq artisti Faiq Ağayev də reaksiya verib.
OLAY yazır ki, müsabiqə AzTV-də yayımlanan zaman münsif kürsüsündə əyləşən sənətçi yarışma ilə bağlı yazılan rəylərə münasibət bildirib.
Belə ki, F.Ağayev “Facebook”da şəbəkə istifadəçilərindən birinin “İştirakçıların əksəriyyəti jüridən istedadlıdır. Hələ o Tünzalə və Brilliant jüri adına utancdır” rəyini bəyənməklə onunla eyni fikirdə olduğunu ifadə edib.
Qeyd edək ki, müğənni hər iki Xalq artisti Tünzalə Ağayeva və Brilliant Dadaşova ilə illərdir küsülüdür.