azia.az
azia.az

Natavandan Oqtay və Dilarəyə AĞIR SÖZLƏR: İncəsənətimizə ən böyük zərbə vuran ailə

9-02-2022, 13:05

Natavandan Oqtay və Dilarəyə AĞIR SÖZLƏR: İncəsənətimizə ən böyük zərbə vuran ailə
Müğənni Natavan Həbibi efirdən qonorar istədiyi üçün onu və həmkarlarını tənqid edən “SOY” prodakşının rəhbəri, prodüser Oqtay Əliyevə cavab verib.

Metbuat.az olay.az-a istinadla bildirir ki, o, "Instagram"da şərh yazaraq prodüser və ailəsini incəsənətə zərbə vurmaqda ittiham edib:
“Müğənnilərdən qazanan belə deməlidir də. Guya söz deyib. Azərbaycan incəsənətinə ən böyük zərbələrdən vuran ailə! Sənətimizi ən abırsız formada dünyaya tanıdan kəslərin də məqsədi bəllidir. Millətin içində sənət nümayəndələrinə nifrət hissi formalaşdıranlar da indi yenə sənətimizi alçaldıb, insanları həqiqətdən yayındırıb, səhv fitva verərlər. Bunları keçmişik. Siz söhbətinizi edin”.

Qeyd edək ki, O. Əliyev açıqlamasında efirlərdən pul istəyən Natavan Həbibi, Xatirə İslam və Elşad Xosenin qonorarla verilişlərə çağırılmadığını demişdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi