"Azərbaycanda Qazaxıstana zərbə vuran klanlararası mübarizə yoxdur" - Sergey Markov
Qarabağ konflikti uzun illər donduruldu. Bu illər ərzində amerikalılar Cənubi Qafqazda iki inqilab reallaşdırdılar: biri Gürcüstanda, digəri Ermənistanda. Azərbaycanda isə onların dişləri qırılır... Azərbaycan varlı ölkədir, özünün neft və qazı var.![]()
Bu sözləri rusiyalı politoloq Sergey Markov paylaşıb.
“Bununla bərabər, hesab edirəm ki, Azərbaycan bu gün bir çox səbəbdən postsovet məkanındakı ən güclü ölkələrdən biridir. Azərbaycanda stabillik əhəmiyyətli dərəcədə təmin edilib; Azərbaycanda Qazaxıstana zərbə vuran klanlararası mübarizə yoxdur; Azərbaycan kifayət qədər pulu olan dünyəvi ölkədir. Və Azərbaycan – son illərdə böyük uğur qazanan yeganə ölkədir.
Vacib faktor - Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbədən sonra milli qəhrəmana çevrilən Prezident İlham Əliyevə böyük xalq dəstəyidir”, - o qeyd edib.