Afət şərt qoydu: “50 min versinlər, həyat yoldaşımdan danışım” - VİDEO
“Toy yaşım deyil. Məclis qohumlar arasında oldu”.
Azia.az xəbər verir ki, bu sözləri müğənni Afət Fərmanqızı Space TV-də yayımlanan “Deməsəm olmaz” proqramında deyib.
Sənətçi ailə qurması münasibəti ilə məclis keçirdiyini etiraf edib:
“Üç özəl günü qeyd etdim: ad günümü, sənətdə olmağımın 20 ilini və ailə qurmağımın tanıtımını. Toy deyildi. Mənim aləmimdə toy odur ki, gəlinlik geyinəsən, “Vağzalı” çalınsın. Orda hətta tamadalıq etdim”.
Həyat yoldaşı Mamed Nanacanovla bağlı suallara Afət “Reklama ehtiyacım var? Özünü reklam etmək istəyən mənə söz atır. Əgər reklam istəsəydim, geyinib, bəzənib düşərdim metroya. Bu da olardı reklam. Həyat yoldaşım haqda danışmayacağam. Bizə baxanların niyyətini bilmirik. Soruşurlar ki, niyə tək şəkil qoyursan? Cavab verirəm ki, 50 min manat ödəsinlər, onun haqqında danışım. Qəlbi xain insanlar var. Öz bədbəxtliyinin acısını mənə yazmaqla görür. Mən niyə kiməsə elə sözlər yazım? Xoşbəxtəm, yazmaram”, - deyə müğənni cavab verib.
Daha ətraflı süjetdə: