Zeynəb Xanlarovadan qaynanasını öldürən Əfsanə ilə bağlı açıqlama
Xalq artisti Zeynəb Xanlarova ARB telekanalında yayımlanan "Səni axtarıram" proqramında canlı yayımda qaynanasını öldürdüyünü etiraf edən Əfsanə Məmmədova olayına münasibət bildirib.
O açıqlamasında əməkdar jurnalist Xoşqədəm Hidayətqızına dəstək olaraq qızlarını uşaq yaşında ailə qurmağa məcbur edən, təhsildən yayındıran valideyinlərə səslənib. Onları övladlarına ilk növbədə təhsil verməyə çağırıb.
Bunu manset.az-a açıqlamasında Zeynəb Xanlarova açıqlamasında bildirib.
"Mən əziz xalqıma səslənirəm, uşaqlarınızı təhsilə yönəldin, onların öz ayaqları üzərində durmasına dəstək olun, qayğı göstərin. Qız uşaqlarının təhsil alması daha önəmlidir. Bir qadının təhsilli olması bir ailənin təhsilli olması deməkdir ki, cəmiyyət də ailələr üzərində qurulur."
Xalq artisti daha sonra açıqlamasında qeyd edib.
"Bir neçə gün qabaq Xoşqədəm xanımın verilişində olan hadisə, Əfsanənin başına gələnlər və törətdiyi faciələr. Bu məni çox sarsıtdı Bunun əsas səbəbkarı valideyinlərdir. Qız uşaqlarını körpə yaşında evliliyə zorlamaq olmaz. Erkən yaşında evlilikdənsə, qızlarımızı oxumağa yönəltməliyik."