azia.az
azia.az

Canlı yayımda saxlanılan Əfsanəni hansı cəza gözləyir? - Vəkil açıqladı

3-02-2022, 16:18

Canlı yayımda saxlanılan Əfsanəni hansı cəza gözləyir? - Vəkil açıqladı
Xəbər verdiyimiz kimi, Azərbaycanda qadın canlı yayımda törətdiyi cinayəti etiraf edib.

ARB TV-nin efirində yayımlanan "Səni Axtarıram” verilişinin canlı efirində 1 il 9 ay sonra qadın qayınanasını öldürdüyünü etiraf edib. Daha sonra qadın studiyadan polis bölməsinə aparılıb.

Bəs qanunla həmin qadını nə qədər həbs gözləyir?

Hüquqşünas Zaur Quliyev AZXEBER.COM-a açıqlamasında qadını qanunla nə qədər həbs gözlədiyini bildirib:

"Qadın şəxsi itələyərək onun ölümünə səbəb olubsa, burada cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsilə məsuliyyətə cəlb olunacaq. 120.1-də həbs müddəti 9 ildən 14 ilədəkdir. Adətən təcrübədə bu cür hallarda 10 il həbs verilir. Burada onun qadın olması, himayəsində azyaşlı uşaq olması və s. kimi amillər nəzərə alına bilər.

Onu da qeyd edək ki, Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, Əfsanə Cəfərovanın televiziya verilişində səsləndirdiyi məlumatlarla bağlı 2 fevral 2022-ci il tarixdə Faxrəndə İbrahimovanın ölüm faktı üzrə başlanmış cinayət işinin istintaqı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən xüsusi nəzarətə götürülməklə istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılmışdır.

Hazırda Əfsanə Cəfərovanın cinayət hadisəsi ilə əlaqədar ziddiyyətli ifadələr verməsi nəzərə alınaraq iş üzrə bütün halların tam, hərtərəfli araşdırılması məqsədilə kompleks istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə istintaqın nəticəsi barədə ictimaiyyətə əlavə məlumatların verilməsi təmin olunacaqdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi