Elgiz nifrət etdiyi kişi müğənnidən danışdı
Aparıcı Elgiz Əkbər yeni açıqlaması ilə diqqət çəkib.
Azia.az baku.ws-ə istinadən xəbər verir ki, o aparıcısı olduğu "Elgizlə izlə" proqramında nifrət etdiyi kişi müğənnidən danışıb. Elgiz həmin şəxsin ona yaxşılıq edən insanlara etdiyi hörmətsizlikdən danışıb:
"Bir müğənni var. Ona nifrət edirəm. Hətta deyərdim ki, ümumiyyətlə onu silmişəm. Məkanlardan birində klipini göstərib deyir ki, bir ailə var bu klipin ödənişini onlar ediblər. Sənətçinin səsini bəyəndiklərindən həmin ailə onun klipinə 60 min manat xərc çəkib.
Bu müğənnini dost kimi evlərinə buraxıblar. Həmin sənətçi də onların ailə söhbətini məclisdə bizə danışır. Bir insan nə qədər vicdansız ola bilər. Hər adamı evə buramaq olmaz".