azia.az
azia.az

Ağamirzə Kərim ətrafında olan qalmaqaldan danışdı: "Lazım gəlsə, polisdən öyrənmək olar" - VİDEO

15-12-2021, 14:04

Ağamirzə Kərim ətrafında olan qalmaqaldan danışdı: "Lazım gəlsə, polisdən öyrənmək olar" - VİDEO
“Kərimə yalnız həkimin yazdığı dərmanlar verilir. Bunu lazım gəlsə həkimdən, polisdən öyrənmək olar”.

Azia.az xəbər verir ki, bu sözləri Meyxanaçı Ağamirzə Məmmədov internet resurslarında yayılan “arvadı Nazəninə görə Kərimi öldürür” iddialarına cavab olaraq bildirib. Meyxanaçı Ağamirzə bildirib ki, həmkarının ailəsi Kərimə yaxşı baxır:


“Qarşıma bir video yazı çıxdı. Biri Kərim haqda danışır. Düşünürəm ki, həmin şəxsə ölkəmizdən yanlış məlumat verilib.

Ailəsi Kərimə çox yaxşı baxır. Oğlu da çox yaxşı oğlandır. Nazənin xanıma gəldikdə isə o, bizə hər zaman qardaş deyib”.

Xatırladaq ki, bir müddət əvvəl şairə-tamada Nazilə Səfərli də Ağakərimə oğlunun pis baxdığını, ona psixotrop dərmanlar verdiyini, bağ evini 150 minə satdığını iddia etmişdi. Meyxanaçının oğlu Kamil buna cavab olaraq Nazilə Səfərlini polisə şikayət etdiyini açıqlamışdı.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi