Meyxanaçı Kərimin oğlunun polisə verdiyi Nazilə: "Səy gədə sözü niyə özünə götürüb?"
Meyxanaçı Kərimin oğlu şairə Nazilə Səfərlini polisə şikayət edib. Xəbər verilir ki, N.Səfərli qarşı tərəfin şikayətinə "D TV”də cavab verib:
"Orda yazmışam səy gədə. O niyə o sözü özünə götürüb? Səy gədə adında adam tanıyırsız? Səy gədə dedim, özünüzə götürmədiniz. Çünki siz evinizi satmamısınız. Hüquq-mühafizə orqanları mənə nə edəcək?
Gedin səy gədəni mənə tapıb gətirin. Sözü at, yiyəsi götürsün. Zəmbillə göydən düşmüşəm, yoxsa ot olub yerdən çıxmışam? Heç kimin ailəsinə burun soxmaq fikrində olmamışam".