Kamillə Gülay niyə ayrı evdə yaşayır?
"Dəfələrlə olub ki, anama, Sahilə xalaya (qayınanası - red.) zəng edib zülm-zülm ağlamışam. Biri var yaxşı ana olmayam, ətrafım bilir necəyəm. Məni başa salırlar ki, qızım, qız uşaqları ataya meyilli olurlar. Arada xətrimə dəyir".
Azia.az Axşam.az-a istinadən xəbər verir ki, bu szöləri müğənni Gülay Zeynallı "Səhər mərkəzi" proqramında deyib. O, qızı Sahilə haqda sualları cavablandırıb. Gülay övladının atası, idmançı Kamil Zeynallı ilə daha çox vaxt keçirməsi haqda danışıb.
Sənətçi atası ilə münasibətlərinin soyuq olması haqda danışıb:
"Atamı çox sevmişəm. Atası dəstək olan övladlara sözün yaxşı və pis mənasında həsəd aparmışam ki, niyə mən atamın yanında böyümürəm? Allahın yazdığı qisməti milyon bəndə gəlsə silə bilməz. Mən də qixsmətlə razılaşıb kənara çəkildim. Mən nə anama, atama, nə də bacılarıma pis övlad olmuşam".
Gülay "Kamil Zeynallı ilə evinizi ayırmısınız" sualına "Allah hamıya nəsib etsin. Kamilin anasının, mənim anamın evi var. Mənim də evim və bağ var. Kamil yardımlarla bağlı orda da, burda da qalır. İnsanların düşüncəsidir... Hər güclü kişinin arxasında qadın, qadının arxasında isə kişi olur. Kamilin adından deyirəm, onu Kamil edən anası, məni Gülay edən isə öz anamdır. Bizim valideynlərdən aldığımız tərbiyədir" cavabını verib.