“Könüllülər Parlamenti - Azərbaycan, 2019” layihəsi həyata keçiriləcək
Azia.az xəbər verir ki, Azərbaycan Respublikasının Milli Məclisi və “ASAN Könüllüləri” Təşkilatının birgə əməkdaşlığı ilə gənclərə siyasi analiz bacarıqlarını göstərməyə imkan yaradacaq “Könüllülər Parlamenti - Azərbaycan, 2019” layihəsinə start verilir.
18 – 21 fevral tarixini əhatə edəcək layihənin məqsədi iştirakçıların vətənpərvərlik ruhunda tərbiyələnməsinə töhfə vermək, siyasi biliklərinin və natiqlik qabiliyyətlərinin hərtərəfli inkişafını dəstəkləmək, habelə vətəndaş mövqeyini konstruktiv ifadə etməyi stimullaşdırmaqdır.
Layihədə qeydiyyatdan keçmiş və müsahibə əsasında uğurlu hesab edilən 50 gənc iştirak edəcək.
Qeydiyyat üçün link: http://kpa2019.asanyouth.az/