azia.az
azia.az

Azərbaycanlı şairədən biabırçı kitab - "Əlləyirsən məni, molla" - FOTOFAKT

5-10-2018, 08:49

Son illər özünü şair adlandıran şəxslərin il ərzində çap etdikləri külli miqdarda kitablar dəfələrlə sosial şəbəkələrdə və mediada müzakirə mövzusu olub.

Sovet dönəmində bu sahədə ciddi senzura olduğundan mətnləri ədəbi standartlara cavab verməyən yazarların kitabları nəşr edilmirdi. Ölkəmiz müstəqillik qazandıqdan sonra demokratik prinsiplər hər kəsə kitab nəşr etdirə bilmək azadlığı verib. Təəssüf ki, bu azadlıqdan sui-istifadə edən şəxslər də az deyil.

Azərbaycanlı şairədən biabırçı kitab - "Əlləyirsən məni, molla" - FOTOFAKT

Azia.az bildirir ki, goldNews.az-a daxil olan görüntülərdə Ziba Hüseynova adlı şəxsin nəşr etdiyi "Muğam mənim həyatımdır" adlı şeirlər toplusunu ədəbiyyat adına biabırçılıq saymaq olar.

Kitabda vulqar ifadələr, ciddi orfoqrafik səhvlər biabırçı səviyyədədir. Şeirlərdə küçə sözləri, ədəbsiz ifadələr göz çıxarır. Oxuculardan üzr istəyərək, nümunə üçün kitabdan bir bənd paylaşırıq:

"Götürginən əllərini
bədənimdən sən ay molla.
Din adıyla oğraşlıqla
Məşğul olma, sən ay molla".

Ədəbsiz ifadələrlə yanaşı, şeilərdə orfoqrafik səhvlər də göz çıxarır. İngilis şriftləri ilə yazılan şeirlər sanki qaralama halındadır. Nə redaktor, nə korrektor bu mətnlərə gözücu olsa da, diqqət etməyib. Müəllif şeirlərdə hətta çat yazışmalarında olduğu kimi "ş" hərfinin əvəzinə "w"-dan istifadə edib.

Dua yazıb yalan yerə
Kimsə baxıb görər deyə
mənim çəkib sən təkliyə
əlləyirsən sən, ay molla.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi