azia.az
azia.az

Azərbaycanda kartdan-karta köçürmələrə limit tətbiq olunur

Bu gün, 22:36

Azərbaycanda kartdan-karta pul köçürmələrinə limit tətbiq olunur.

Medianews.az xəbər verir ki, artıq bununla bağlı vətəndaşlara müştərisi olduqları müvafiq banklar tərəfindən xəbərdarlıq mesajları göndərilir.

Qeyd olunur ki, qərar avqustun 1-dən qüvvədədir. Kart sahibləri artıq gün ərzində 5 dəfə və aylıq isə ümumilikdə 20 min manat olmaqla kartdan-karta pul köçürmələri edə biləcəklər. Bununla yanaşı, vətəndaşların öz hesabları arasında həyata keçirdiyi əməliyyatlar bu limitə şamil edilmir.

Qeyd edək ki, bu qərara qədər Azərbaycanda kartdan-karta köçürmələrdə say limiti yox idi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi