PREZİDENT yaşayış minimumu 300 manat olduğunu TƏSDİQLƏDİ
Prezident İlham Əliyev Milli Məclisin dekabrın 9-da qəbul etdiyi "2026-cı il üçün yaşayış minimumu haqqında" qanunu təsdiqləyib.
Xəbər verilir ki, qanuna əsasən, gələn il yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilib.
Yaşayış minimunun nə olduğu bu formada izah olunur.
Yaşayış minimumu – Bir insanın, ailənin minimum ehtiyaclarını (ərzaq, geyim, kommunal, nəqliyyat, mədəniyyət və s.) qarşılamaq üçün zəruri olan pul məbləğidir, Azərbaycan'da bu, minimum istehlak səbəti və icbari ödənişlərdən ibarət sosial normadır və 2025-ci ildə ümumilikdə 285 AZN, 2026-cı ildə isə 300 AZN olaraq müəyyən edilib, əmək qabiliyyətli əhali, pensiyaçılar və uşaqlar üçün fərqli göstəriciləri v