azia.az
azia.az

Küçədə çılpaq gəzsəniz bu qədər cərimə ediləcəksiniz

8-05-2025, 08:44

Sosial şəbəkədə bir şəxsin yarıçılpaq və anlaqsız vəziyyətdə qeyri-adekvat hərəkət etməsi birmənalı qarşılanmayıb və müzakirələrə yol açıb. Bu hadisə həm də küçədə bu cür anormal hərəkətlər edən şəxslərə tətbiq olunan cəza mexanizmlərini gündəmə gətirib. Maraqlıdır, küçədə bucür hərəkət edənləri hansı cəza gözləyir?.

Mövzu ilə bağlı hüquqşünas Tağı Hüseynov KONKRET.az-a çıqlamasında bildirib ki, tam çılpaq gəzmək cəmiyyətə qarşı hörmətsizlikdir.


Hüseynov: “Azan səsinin qadağan olunması insanların konstitusyon hüququna  ziddir” - 21.09.2017, Sputnik Azərbaycan

“Çünki bu hal insanları narahat edir. Bu, sırf hörmətsizlik zəmnində olduğuna görə, Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 510-cu maddəsinin tərkibi yaranır. Bu halda əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir. Bu tədbirlərin tətbiqi kifayət olmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Bu hal küçədə söyüş söyməyə də aiddir. Sırf narahatlıq doğurduğuna görə, İnzibati Xətanın tərkibini yaradır.

Ekspertin sözlərinə görə, əgər şəxsin cinsi orqanı bağlıdırsa, bununla bağlı inzibati tənbeh tətbiq olunumur:

“Mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai ünvanlarda gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini yüksək səslə ifa etməyə, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa görə də cərimələr tətbiq olunur. Bu halda fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.”

Aynurə İsmayıl

KONKRET.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi