azia.az
azia.az

"Analoqu olmayan zəngin bir dövlətdə təqaüd yaşının artırılmasının səbəbi nədir, anlaya bilmirəm"-BDU-nun dosenti OD PÜSKÜRDÜ

11-01-2025, 09:14


Xəbər verildiyi kimi, bu il qadınların pensiya yaşı artırılır. İyul ayından Azərbaycanda qadınlar üzrə pensiya yaşı artıq 64 olacaq. 2027-ci ildə isə xanımlar kişilərlə eyni, yəni 65 yaşda pensiyaya çıxacaqlar.

Bəs tanınmış simalar qadınların pensiya yaşının artması ilə bağlı söhbətlərə necə yanaşırlar?

Azia.az bloqu bildirir ki, Globalinfo.az-a açıqlama verən BDU-nun dosenti Nüşabə Sadıqlı pensiya yaşının artırılması qərarını dəstəkləmədiyini bildirib. 

"Analoqu olmayan zəngin bir dövlətdə təqaüd yaşının artırılmasının səbəbi nədir, anlaya bilmirəm"- deyə BDU-nun dosenti Nüşabə Sadıqlı bildirib. 

BDU-nun dosenti  pensiya yaşının artırılmasının niyə doğru  olmadığını belə əsaslandırıb:

“Bu, doğru qərar deyil. Çünki bir çoxlarını 60 yaşdan, bəzən isə daha tez işdən azad edirlər. Deyirlər ki, artıq sən yararsızsan, cavan və enerjili insanlar lazımdır. Bəs xanım əgər işdən çıxıbsa, pensiya da almırsa nə ilə dolanmalıdır?! Nəzərə alaq ki, həyat yoldaşı erkən vəfat edən, ayrılan nə qədər qadınlarımız var. Bu adamların da problemi, xəstəliyi, dolanışıqları var axı… Ona görə də pensiya yaşının artırılmasını dəstəkləmirəm. Məni təəccübləndirən odur ki, dünyada təqaüd yaşı azaldılır, bizdə artırılır. Bu nə ilə bağlıdır? Analoqu olmayan zəngin bir dövlətdə təqaüd yaşının artırılmasının səbəbi nədir, anlaya bilmirəm”.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi