azia.az
azia.az

Sosial yardımı hansı müddətə ala bilərsiniz? - CAVAB

Bu gün, 15:08

"Bir sual, bir cavab" rubrikasında növbəti mövzu sosial yardım ilə bağlıdır.

Ünvanlı dövlət sosial yardımı (ÜDSY) anlayış olaraq nə deməkdir və hansı müddətə təyin edilir?

Ünvanlı dövlət sosial yardımı (ÜDSY)  barədə ümumi anlayış:

-Ünvanlı dövlət sosial yardımı (ÜDSY) dedikdə dövlət tərəfindən aztəminatlı ailələrə aylıq verilən pul yardımı nəzərdə tutulur.

-Aztəminatlı ailə dedikdə orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə nəzərdə tutulur.

-Ehtiyac meyarı dedikdə ünvanlı dövlət sosial yardımının (ÜDSY)  təyin edilməsi məqsədilə hər il üçün qanunvericiliklə müəyyən olunan hədd nəzərdə tutulur.

-Ailə dedikdə qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər nəzərdə tutulur.

-Ailənin gəlirləri dedikdə ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, faktiki alınan alimentlərdən, şəxsi yardımçı təsərrüfatdan (iri və xırda buynuzlu mal-qara, ev quşları, arı ailəsi və s.) əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusu nəzərdə tutulur.

-Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur.

-Aztəminatlı ailə sosial yardım almaq üçün təkrar müraciət etmək hüququna malikdir.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi