Azərbaycan Dövlət Neft Şirkətinin karbamid zavodunun tikintisi üzrə işlərin 95 faizi başa çatıb.
“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, bunu zavodun direktoru Xəyal Cəfərov deyib.
Onun sözlərinə görə, bütün işlərin bu ilin sonunadək başa çatdırılması planlaşdırılır.
X.Cəfərov qeyd edib ki, istehsalat 2018-ci ilin birinci yarısında başlayacaq.
Qeyd edək ki, zavod il ərzində 650-660 min ton karbamid istehsal edəcək. Bu məhsulun 25 faizə yaxını daxili bazara, qalan hissəsi ixracata yönəldiləcək.