Müəllimlər vergiyə cəlb oluna bilər - AÇIQLAMA
"Müəllimlərin əmək haqqından vergi tutulmaması təhsilin inkişafı, onların sosial rifahının yaxşılaşdırılması və ölkənin ümumi iqtisadiyyatına müsbət təsir göstərmək baxımından vacibdir". Bu sözləri təhsil eksperti Kamran Əsədov deyib.
Bəs bu təklif dəyərləndirilə bilərmi?
Mövzu ilə əlaqədar Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisadçı Emin Qəribli Redaktor.az-a- açıqlamasında bildirdi ki, bunun əvəzinə ödənişlərin artırılması da təklif edilir:
"Amma indi kommersiya təşkilatları və s. var. Görürük ki, onlar da insanları bu fəaliyyətə cəlb edirlər. Əslində, müəllimlərin vergiyə cəlb olunmaması müsbət haldır. Mən hətta əlavə edərdim ki, tədqiqat sahəsinin də vergidən azad olması vacibdir. Hesab edirəm ki, bu, müəllimlikdən də daha vacibdir. Əgər müəllim, xüsusən də universitet müəllimi hər hansı bir tədqiqat aparmırsa, o, universitet müəllimi ola bilməz. Ona görə bu təklifi dəstəkləyirəm. Dünya təcrübəsinə baxsaq, tədqiqatlar daha çox vergidən azad olunur, nəinki dərs demək. Ona görə bu, paralel olmalıdır".
Sevinc İBRAHİMZADƏ