azia.az
azia.az

"Muğan Bank"ın əmanətçilərinə kompensasiya öhdəliyinin 97 %-i icra edilib

18-10-2024, 16:17

Əmanətlərin Sığortalanması Fondu ötən il noyabrın 27-dən bu günə qədər ləğv prosesində olan “Muğan Bank” ASC-nin 7 434 əmanətçisinə 198 278 931 manat kompensasiya ödəyib.

"Report" Fonda istinadən xəbər verir ki, bu, kompensasiya öhdəliyinin 97 %-nin icra edilməsi deməkdir.

“Muğan Bank” Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli qərarı ilə müflis elan edilib, ƏSF Bankın ləğvedicisi təyin edilib.

Qorunan əmanətçilərə kompensasiyan ödənilməsinin yeri və vaxtı haqqında ilk bildiriş 1 noyabr 2023-cü il tarixdə dərc edilib.

Hazırda kompensasiyalar "Azərbaycan Beynəlxalq Bankı" və "Kapital Bank" ASC-lər vasitəsilə ödənilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi