azia.az
azia.az

Qazilərə bu qədər müavinət AYRILACAQ-ŞAD XƏBƏR!

22-09-2024, 13:13

Maliyyə Nazirliyi 2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərini açıqlayıb. Dövlət büdcəsi parlamentdə müzakirə edilən zaman sosial sahəyə ayrılan vəsaitlərin həcminin artırılması gündəlikdə olur. Ölkədə mövcud olan iflyasiya, qiymət artımı kimi məsələlər də müzakirə edilir. Dövlət başçısı da bu məsələləri hər zaman diqqətdə saxlayır.

Bunu Teleqraf.com-a iqtisadçı alim Vahid Əhmədov deyib.

O qeyd edib ki, gələn il üçün iflyasiya və qiymət artımı əsas məsələlər sırasında olacaq:

“Sosial sahəyə əlavə vəsait ayrılsa da ona ciddi nəzarət mexanizmləri olmalıdır. Nəzarət mexanizmləri olmadan onun əhəmiyyəti olmur. 2024-cü ilin 6 ayı üçün olan iqtisadi rəqəmlər qənaətbəxşdir. Qeyri-neft sektoru, ümumi daxili məhsulun həcmində artımlar var”.

İqtisadçı alim hesab edir ki, 2025-ci ildə isə o qədər də böyük artımlar proqnozlaşdırılmır:

“Sosial sahəyə isə yanaşmalar daha da artmalıdır. Şəhid ailələri, qazilər və digər kateqoriyadan olan insanların sosial durumuna bir daha nəzər yetirilməlidir. Həmçinin yerli icra orqanlarına bu kateqoriyadan olan şəxslərə daha çox maraq göstərməsi təşviq edilməlidir. Minimum istehlak səbətinə yenidən baxılmalıdır. Şərait yaratmaq lazımdır ki, insanlar istehlak səbətində nəzərdə tutulmuş məhsulları əldə edə bilsin”.

Vahid Əhmədova görə, hər il dövlət büdcəsinin təxminən 42-45 faizi sosial sahəyə yönəlir:

“2025-ci ildə də bu sahənin prioritet olacağı gözlənilir. Milli Məclisin iclasında bu məsələlərə baxılacaq. Antiinflyasiya tədbirləri həyata keçirilsə də, gündəlik tələbat mallarının qiymətində ciddi artımlar var. Ona görə də, bu sahəyə ciddi şəkildə yanaşmaq lazımdır. Artıq Rəqabət Məcəlləsi qəbul edilib. Ölkə başçısının sərəncamı ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaradılması da bu istiqamətində atılmış mühüm addımdır”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi