azia.az
azia.az

“Nar” intellektual oyunlara dəstəyini davam etdirir

30-08-2024, 18:00

 

Ən sərfəli mobil operator olması ilə yanaşı, sosial layihələrə də xüsusi diqqəti ilə seçilən “Nar” artıq dörd mövsümdür ki, böyük maraqla davam edən və 300-ə yaxın komandanın iştirak etdiyi Kudos intellektual-əyləncəli quiz oyunlarına dəstəyini davam etdirir. Son iki mövsümdə “Nar” bu oyunlarda qalib gələn komandaları dəyərli hədiyyələrlə mükafatlandıraraq, intellektual fəaliyyətin təşviqinə öz töhfəsini verir.

 Qeyd edək ki, “Nar” ölkədə intellektual potensialın artırılması üçün müxtəlif layihələrə dəstək olmağı prioritet hesab edir. Kudos oyunlarına verdiyi dəstək də bu strategiyanın bir hissəsi olaraq, gənclərin bilik və bacarıqlarını genişləndirmələrinə şərait yaradır və onların intellektual inkişafını stimullaşdırır. “Nar”ın həyata keçirdiyi sosial layihələr haqqında ətraflı məlumatı nar.az/layihələr səhifəsindən əldə edə bilərsiniz. 

 

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi